Cəmiyyət

7 il əvvəl itkin düşən qadının öldürüldüyü üzə çıxdı - Əmisi oğlu tutuldu

12 Aprel 2022 06:53
0 Şərh     Baxış: 3 530
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Masallı rayonunda yeddi il əvvəl itkin düşən Cəfərova Səidə Fərhad qızının öldürüldüyü məlum olub.

Milli.Az "Report"a istinadən xəbər verir ki, hadisə ilə əlaqədar qadının əmisi oğlu, Təklə kənd sakini, 1993-cü il təvəllüdlü Əfrayıl Əlisa oğlu Cəfərov şübhəli şəxs qismində saxlanılıb.

İstintaqa məlum olan məlumat əsasında Cəfərova Səidə Fərhad qızının basdırıldığı ərazidə axtarış işləri aparılır. Hazırda kəndin arxa tərəfində çay kənarında axtarış işləri səbəbindən əraziyə giriş-çıxış bağlanıb.

Faktı Masallı Rayon Polis Şöbəsində təsdiq ediblər. Lakin əlavə məlumat verilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.