Cəmiyyət

Bu yolda piyada keçidinin olmaması sakinlər üçün təhlükədir - VİDEO

8 Aprel 2022 20:54
0 Şərh     Baxış: 986
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının Lökbatan qəsəbəsində avtomobillərin sürətlə hərəkət etdiyi yolda piyada keçidinin olmaması sakinləri təhlükə ilə üz-üzə qoyub. Yolun qarşı tərəfinə keçmək üçün piyadalar dəqiqələrlə gözləməli olurlar.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, ətrafda yaşayan sakinlərin avtobusa rahat minib-düşməsi üçün Lökbatan dairəsindən qəsəbə istiqamətində yolun hər iki tərəfində dayanacaq qoyulub. Amma piyadaların yolun əks tərəfinə rahat keçməsi üçün zolaq çəkilməyib. Ona görə də sakinlər yolu keçməkdə əziyyət çəkdiklərini deyirlər.

Sözügedən ərazidə yolda piyada zolağı və keçid nişanı olmadığından avtomobillər sürətlə hərəkət edir.

Sakinlər mövcud vəziyyətlə bağlı Bakı Nəqliyyat Agentliyinə dəfələrlə müraciət etdiklərini deyirlər.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xitmətinin rəhbəri Mais Ağayev ''Xəzər Xəbər''ə bildirib ki, məsələdən xəbərdardırlar. Onun sözlərinə görə, yaxın günlərdə həmin ərazidə piyada zolağı çəkiləcək və müvafiq nişanlar oyulacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.