Cəmiyyət

Azad olunan ərazilərdə hansı məhsullar yetişdiriləcək? - VİDEO

5 Aprel 2022 18:42
1 Şərh     Baxış: 1 188
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İşğaldan azad edilmiş ərazilərimiz  güclü aqrar potensiala malikdir və ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacaq" . Bu sözləri Milli Məclisin aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib . Komitə sədri işğaldan azad olunmuş ərazilərdə  kənd təsərrüfatının inkişafı üçün çox yaxşı imkanların olduğunu bildirib.

İşğaldan azad edilmiş ərazilərimiz  güclü aqrar potensiala malikdir və ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacaq.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki,işğaldan azad olunmuş ərazilərdə  kənd təsərrüfatının inkişafı üçün çox yaxşı imkanlar var.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, komitə sədri bildirib ki, bu gün ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi qarşıda duran əsas vəzifələrdəndir. Bu ərazilərdə İstehsal olunan məhsullar istər məhsuldarlığına, istərsə də keyfiyyətinə görə daim fərqlənib.

Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə balıqçılığın inkişafı üçün lazım olan şərait var. Digər tərəfdən, həmin ərazilərdə tərəvəz və bostan məhsullarının yetişdirilməsi, yem əkinlərinin genişləndirilməsi tələbata uyğundur - deyə Tahir Rzayev qeyd edib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.