İdman

“Niyə görə istefa verməliyəm?”

6 Sentyabr 2025 09:54
Baxış: 518
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Azərbaycan millisi ilə müqavilə müddətim davam edir".

Milli.Az xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş DÇ-2026-nın seçmə mərhələsində İslandiyaya 0:5 hesabı ilə uduzduqları oyundan sonra deyib. 

Portuqaliyalı mütəxəssis böyük hesablı məğlubiyyəti belə şərh edib:

"İlk hissədə yaxşı müdafiə oluna bildik. İstəyirdik ki, müdafiədən oynayaraq əks-hücumlara bel bağlayaq. İlk hissənin sonlarında künc zərbəsindən qol buraxdıq. Fasilədə futbolçulara sakit olmalarını tapşırdım. Təəssüf ki, ikinci qolu buraxdıqdan sonra komanda tamamilə özünü itirdi".

O, istefa vermək barədə düşünmədiyini bildirib: 

"Mənim Azərbaycan millisi ilə müqavilə müddətim davam edir. AFFA məni istefaya göndərmək istəsə, bu barədə danışa bilərik. Axı nəyə görə istefa verməliyəm?" ("Report")

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.