Oğuzda qardaş qardaşı bıçaqlayaraq öldürüb.
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Oğuz şəhəri ərazisində baş verib.
İlkin məlumata görə, iki qardaş arasında baş verən mübahisə sonda bıçaqlanma ilə nəticələnib. Qardaşlardan biri digərini ürəyindən bıçaqlayaraq öldürüb.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.
Milli.Az