Cəmiyyət

Azərbaycanda yeni qadağa tətbiq ediləcək - VİDEO

1 Aprel 2022 14:24
0 Şərh     Baxış: 1 995
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Qida Təhlükəsizliyi haqqında qanun layihəsində bəzi yeniliklər ediləcək.

Qida Təhlükəsizliyi Agentliyinin aparat rəhbəri Elxan Mikayılov "Xəbər Ertəsi"nə bu barədə bildirib. Aparat rəhbəri deyib ki, yeniliklərdə nəzərdə tutulan əsas məqamlardan biri qida məhsullarının zənginləşdirilməsidir. Burada çörək və su kimi zəruri təlabat malları xüsusi diqqətdə saxlanacaq.

Yeni qaydalarla bəzi qidaların müxtəlif xəstəliklərə qarşı müalicə məqsədilə satışının da qarşısını alınacaq. Yəni C , D  və digər belə vitaminlər apteklərdə dərman vasitəsi kimi satılmayacaq. Yeniliklərə həmçinin istehlakçıların hüquqlarının qorunması məsələləri ilə bağlı əlavələr də daxil ediləcək.

Elxan Mikayılov istehlakçılara qida alarkən diqqətli olmağı, şübhəli məqamla qarşılaşdıqda müvafiq sənədlər tələb etməyi, rastlaşdıqları çatışmazlıqlar barədə Agentliyin 1003 çağrı mərkəzinə zəng etmələrini tövsiyyə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.