Cəmiyyət

Azərbaycanda fərdi yaşayış evinə qaz çəkmək üçün nə tələb olunur?

15 Mart 2012 13:26
3 Şərh     Baxış: 54 938
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Milli.Az-ın Day.Az saytına istinadən verdiyi məlumata görə, bunu "Azəriqaz" İstehsalat Birliyindən bildiriblər.

Müraciət zamanı vətəndaş standart formada tərtib olunmuş ərizə blankı alır və müvafiq qaydada dolduraraq istifadə olunacaq qaz cihazlarının növünü (saylarını göstərməklə) QİS-in texniki şöbəsinə təqdim edir. O, ərizə ilə birlikdə şəxsiyyət vəsiqəsinin surətini, fərdi yaşayış evinin (mənzilin) mülkiyyət hüququnu təsdiq edən sənədin (çıxarış, şəhadətnamə (kupça)), torpaq sahəsinin ayrılması barədə sərəncam (qərarın) və ya torpaq sahəsində evin tikilişinə icazə veriməsi barədə sərəncamın (qərarın) surətini də QİS-ə təqdim etməlidir.

Fərdi evin qazlaşdırılması barədə ərizə qəbul edildikdən sonra yerli QİS-in mütəxəssisləri tərəfindən perspektiv nəzərə alınmaqla qaz təchizatı mənbəyinin müəyyən edilməsi, qazlaşması nəzərdə tutulan evin və istifadə olunacaq qaz avadanlıqlarının (cihazlarının) texniki təhlükəsizlik baxımından qüvvədə olan normativ-hüquqi və texniki sənədlərin tələblərinə uyğunluğunun yoxlanılması məqsədi ilə texniki baxış keçirilir. Baxış nəticəsində perspektiv nəzərə alınmaqla qaz təchizatı mənbəyi göstərilməklə evin sxemi və avadanlıqların qaz sərfi göstərilməklə müəyyən olunmuş formada texniki rəy hazırlanır.

Texniki baxış nəticəsində müsbət cavab verildikdə vətəndaş "Azəriqaz" İstehsalat Birliyinin hesablaşma-hesabına fərdi evin qazlaşdırılmasına dair layihə-smeta sənədlərinin "Azəriqaz" İstehsalat Birliyinin Layihə-konstruktor Bürosu tərəfindən hazırlanması və həmin layihə-smeta sənədlərinin Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti İdarəsi ilə razılaşdırılması üçün nəzərdə tutulan minimum vəsaiti - 62.81 manat ödəyir.

Standart formada tərtib olunmuş ərizə, ilkin sənədlər, ödəniş qəbzi texniki rəy və sxem QİS tərəfindən "Azəriqaz" İstehsalat Birliyinə təqdim edilir və müəyyən olunmuş qaydada  qaz təchizatı üçün  texniki şərt hazırlanır. Tərtib edilmiş texniki şərt və qazlaşdırılacaq yaşayış sahəsinin sxemi layihə-smeta sənədlərinin hazırlanması məqsədi ilə "Azəriqaz" İstehsalat Birliyinin Layihə-konstruktor Bürosuna göndərilir. Layihə-smeta sənədləri üç nüsxədə hazırlanır.

Tikinti-quraşdırma işləri başa çatdıqdan sonra tikinti təşkilatı tərəfindən sayğac quraşdırılır və müvafiq qaydada istismara qəbul aktı tərtib edilir. Vətəndaşa (abunəçiyə) onun abunəçi kodu haqqında rəsmi məlumat verilir, qaz sərfinin hansı qaydada ödənilməsi, texniki təhlükəsizlik və istismar qaydalarına əməl olunma barədə təlimatlandırma keçirilir, müvafiq kitabda qeydiyyat aparılır və sənədləşdirilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.