Cəmiyyət

6 ay sonra ata olacaqdı, maşın vurub öldürdü

15 Mart 2022 08:34
0 Şərh     Baxış: 1 811
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, martın 13-də Bakının Sabunçu rayonu, Pirşağı qəsəbəsində taksinin vurduğu piyada Nurlan Hümbətov bir gün sonra xəstəxanada ölüb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə nəticəsində ölən Nurlan bir müddət öncə evlənib. Mərhum 6 ay sonra ata olacaqmış.

Qeyd edək ki, sözügedən hadisə martın 13-də saat 22 radələrində baş verib.  R.Qəhrəmanov idarə etdiyi "London Taxi" markalı avtomobillə yolun kənarında dayanan piyada Nurlan Hümbətovu vurub. Daha sonra orada dayanmış "Mitsubishi" markalı avtomobilə çırpılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory