Cəmiyyət

Oğuzda su problemi var - VİDEO

14 Mart 2022 17:06
0 Şərh     Baxış: 840
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

560-dan çox ailənin yaşadığı Oğuz rayonunun Padar kəndinin əksər hissələrində içməli su problemi var.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, sakinlər ayrı-ayrı məhəllələrdə qazılmış artezian quyularından istifadə edirlər.

Onların sözlərinə görə, quyulardan çıxan su lilli və palçıqlı olduğundan içməyə yaramır.

Sakinlər təmiz suyu əsasən qonşu kəndlərdən gətirirlər.

Məsələ ilə bağlı 6 saylı Regional Sukanal İdarəsindən bildirilib ki, hazırda kəndlərin su təchizatı sistemi yenidən qurulur və bu, növbəlilik prinsipi əsasında həyata keçirilir. Qarşıdakı dövrdə Padar kəndində də layihə həyata keçiriləcək və çətinliklər aradan qaldırılacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.