Cəmiyyət

Azərbaycanda toya gedənlər qəzaya düşdü, ölən və yaralı var - FOTO

13 Mart 2022 23:48
0 Şərh     Baxış: 2 181
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Lənkəran rayonunda ağır yol qəzası baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Lənkəran-Boradigah yolunun Separadi kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Hyundai" markalı avtomobilin yoldan çıxaraq ağaca çırpılması nəticəsində Göyçay rayonu sakini, 2002-ci il təvəllüdlü Elmir Qurbanov və onun həmyerlisi, 2004-cü il təvəllüdlü Cavid Salahlı ağır bədən xəsarətləri alıblar.

E.Qurbanov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. C.Salahlı isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

İlkin məlumata görə, Göyçay sakinləri Lənkərana toy mərasimində iştirak etmək üçün gəliblər. Hadisənin baş verməsinə səbəb kimi çiskinli hava şəraitində düzgün sürətin düzgün seçilmədiyi göstərilir. Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.