Cəmiyyət

Mehriban Ələkbərzadə baş rejissor təyin olundu

13 Mart 2022 23:46
0 Şərh     Baxış: 1 771
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Teatr və kino rejissoru, Azərbaycan Dövlət Yuğ Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə YUĞ Dövlət Teatrından ayrılıb.

Bu barədə teatrın rəsmi səhifəsində paylaşım edilib. Bildirilib ki, o, mədəniyyət naziri Anar Kərimovun əmrinə əsasən, YUĞ Dövlət Teatrının baş rejissoru vəzifəsindən azad edilərək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Mehriban Ələkbərzadə 2017-ci ildən Azərbaycan Dövlət YUĞ Teatrında baş rejissor kimi fəaliyyət göstərirdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.