Cəmiyyət

Fermerlər kömək istədi - Taxıl sahələri məhv olur - VİDEO

28 Fevral 2022 18:06
0 Şərh     Baxış: 1 153
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şəkidə fermerlər bütün aqrotexniki tələblərə əməl edərək taxıl əksələr də, ilin quraq keçməsi səbəbindən  dəmyə sahələrdə əkilən taxıl bitkisi saralaraq məhv olmaq üzrədir. Torpağa yemləmə gübrəsinin verilməsi çıxış yolu hesab edilsə də , dəmyə quru sahələrdə bu vəziyyəti daha da çətinləşdirə bilər. Bəs məsələ ilə bağlı aidiyyatı qurumlar hansı tədbiri görür?

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Şəkidə  65  min hektar  sahədə taxıl əkini həyata keçirilib. Səpin müddətində havalar normal keçib.

Bütün sahələrdə lazımı ağrotexniki qaydalar həyata keçirilib.Taxıl sahələrinin 19250 hektarı suvarılan, qalan hissəsi isə dəmyə torpaqlardır.Qış aylarında  yağıntının olmamasına görə ,hazırda sahələrdə olan taxıl bitkisi  saralmış vəziyyətdədir. Turan qəsəbəsinin fermerləri hesab edir ki 15- 20 gündə havalar yağmursuz keçərsə bu ərazidə olan taxılın tamamilə məhvinə səbəb ola bilər.

Bəzi mütəxəssislər yemləmə gübrələrinin verilməsini təklif etsələrdə fermerlər quru torpağa yağış olmazsa  verilən gübrənin bitkini daha da tez məhv edəcəyindən qorxurlar.

Kənd Təsərüfatı Nazirliyinin tabelində olan Şəki Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirildi ki, adətən bu vaxtlar hava şəraitindən asılı olaraq don vurmuş,quraq yerlərdə çıxışın zəif olması hallarına rast gəlinir.

Sahib Abdulhəmidov qeyd etdi ki,sahələrdə monitorinqlər aparılır.Nəticəsi barədə aidiyyəti qurumlara məlumat veriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.