Əlbəttə, hamiləlik xəstəliklər üçün ən yaxşı vaxt deyil. Anspress xəbər verir ki, 9 ay ərzində ümumiyyətlə xəstələnməyən qadına çox nadir hallarda rast gəlinir. Buna görə də, əgər siz burnunuzun axdığını, boğazınızın qaşındığını hiss edirsinizsə, həyəncanlanmağa tələsməyin. Ola bilsin ki, bu, sadəcə soyuqdəymədir. Bu isə körpə üçün o qədər də təhlükəli deyil. Əgər siz qrip adlandırılan virus xəstəliyinə yoluxmusunuzsa, bu daha pisdir.
Qrip nədir?
Qripin simptomları - yüksək temperatur, yorğunluq, asqırıq, öskürək, baş ağrısıdır. Qrip orqanizmə hava-damcı yolu ilə xəstə insandan daxil olan virusdur. Virus orqanizmə daxil olaraq sürətlə çoxalmağa və qanla bütün bədənə yayılmağa başlayır. O, nəfəs yollarının selikli qişasını da məhv edir. Nəticədə bundan sonra o, müdafiə funksiyasını yerinə yetirə bilmir. Məhz buna görə də qripin ağırlaşmış formaları - pnevmaniya, bronxit, otit və sinusit yaranır. Ürək-damar sistemi tərəfindən hərdən ürək əzələlərinin soyuqdəyməsi inkişaf edir, bu isə ürək çatışmazlığı ilə nəticələnə bilər. Qrip məhz elə bu ağırlaşmış formalarına görə təhlükəlidir.
Ən pisi - uşaq saldırma və vaxtından əvvəl doğuşdur. Bundan əlavə, qriplə zəifləmiş bədənə çox vaxt bakterial infeksiya "düşür"- pnevmokok, stafilokok, hemofil. Bronxial-astma və xroniki bronxit, ürək-damar xəstəlikləri, maddələr mübadiləsinin pozulması, böyrək xəstəlikləri və digər xroniki xəstəliklərin də kəskinləşməsi hərdən müşahidə olunur.
Qripi necə müalicə edək?
Təbii ki, müalicəni həkim təyin etməlidir. Hamilələrdə qripin müalicəsinin öz xüsusiyyətləri var. Axı hamilələrə bir çox dərmanlar olmaz. Buraya aspirin, öskürək, virus əleyhinə müəyyən dərmanlar da daxildir.
İlk növbədə, bol-bol maye qəbul etmək lazımdır. Bu, virusu bədəndən "yumağa" kömək edir. Ən yaxşısı - turşməzə, tərkibində vitamin C olan nə isə - moruqlu, limonlu, ballı isti çay, meyvə şərbəti, itburnulu çaydır. İstiliyi salanlardan isə hamilələr üçün parasetamol qəbul etmək olar.
Öskürəyə qarşı isə həkim, yəqin ki, sizə hamilələr üçün icazə verilən preparatlar təyin edəcək. Həmçinin əsl çobanyastığı, nanə, adaçayı, evkalipt, qaxotu (zveroboy), ladan ağacı, şam qozalarından buxar inqalyasiyaları da təyin edə bilər. Qrip zamanı hətta hamilə olmayan xəstələrə də antibiotik olmaz.
Qripin uşaqlara təsiri
Təbii ki, bütün hamilə qadınlar qripin uşağın sağlamlığına necə təsir edəcəyindən narahat olurlar. Qrip daha çox hamiləliyin ilk müddətində, 12 həftəyə qədər böyük təhlükə hesab edilir. Bu müddətdə gələcək körpənin daxili orqanları və toxumalarının əsası qoyulur. Bundan sonra isə, uşaq yalnız böyüyür və qripə yoluxma orqanların strukturlarına təsir edə bilməz.
Bundan əlavə, təbiətdə belə bir qanun var: "ya hər şey, ya da heç nə". Buna görə də qanuna görə əgər qripdən sonra hamiləliyin inkişafında nə isə yolunda getmirsə, o, əsasən, pozulur. Əgər qripdən sonra hər şey yaxşı gedirsə, bütün analizlər normaldırsa, USM-də hər şey normaldırsa, onda həyəcanlanmağa dəyməz, deməli, körpə yaxşıdır.
Əgər qrip xüsusilə ağır keçibsə, onda körpəyə də sirayət etməsi riski o qədər də böyük olmasa da, qalır. Bu halda üçlü test - AFP (alfa-fetoprotein), HQÇ (horionic gonadotrophin), estriol (qadın hormonu) vermək lazımdır.
Amma yadda saxlamaq lazımdır ki, bu testin nətcələri çox da düzgün olmur. Testin nəticələrinə əsasən ya sakitləşmək, ya da yenə müayinə olunmaq lazım gələcək. Sonrakı müayinəyə isə amniosentez proseduru daxildir.
Amniosentez zamanı dölətrafı sulardan nümunə götürülür və uşaqda patalogiyanın olması öyrənilir. Proses çox sürətlə aparılsa da, 1-1,2 faiz uşaqsalma və yaxud erkən doğuş təhlükəsi var. Bu səbəbdən bu cür müayinələrə başlamazdan əvvəl yaxşı fikirləşmək lazımdır. Əgər körpədə hansısa ağırlaşma getdiyi məlum olsa, nə olacaq? Siz belə körpəni həyata gətirməyə hazırsınızmı? Və yaxud siz abort etdirmək istəyirsinizmi? Əgər cavab "yox"dursa, onda körpəni təhlükəyə atmağa dəyərmi?
Hamiləlik zamanı qripin profilaktikası
Hamilələrə qripə qarşı peyvənd edilmək məsləhət görülür. Əgər hamiləlik 14 həftədən azdırsa, peyvənd etdirmək olmaz. Müasir peyvəndlərin körpələrə heç bir pis təsiri olmur. Amma bu peyvəndlər də qripə yoluxmama ilə bağlı 100 faiz təminat vermir.
Buna görə də sağlam həyat tərzi keçirmək, fiziki cəhətdən aktiv olmaq lazımdır. Bir çox həkimlər ictimai yerlərdə buruna oksalin mazı, viferonlu maz vurmağı məsləhət görürlər. Qripdən sonra USM müayinəsi körpədə heç bir narahatlıq qeydə almayıbsa, çox güman ki qrip uşağa təsir göstərməyib.
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Hamiləlik zamanı qrip: necə qorunmalı?
10 Mart 2012 14:28
67 Şərh
Baxış: 138 835
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
-
Bəzi avtobusların hərəkətində ləngimə olacaq
-
Gəmi kapitanı qəfil vəfat etdi - FOTO
-
Bu yolda hərəkət məhdudlaşdırılacaq
-
Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinə infotur təşkil olunub - FOTO
-
Nizami Kino Mərkəzində vandalizm aktının ANBAAN VİDEOsu
-
Amerikada təhsil alan azərbaycanlı gəncin uğuru: Pasiyent və həkimi birləşdirən “Care” platforması
XƏBƏR LENTİ
-
Uzun müddət güzgüyə baxmaq görün nəyə səbəb OLUR?
-
Saç tökülməsi nə zaman təhlükəli sayılır?
-
Xərçəng halları niyə atır? - SƏBƏBLƏR
-
Kartınızı bankomata taxmazdan əvvəl bunu edin
-
Alimlər qoz yemək üçün ideal zamanı açıqladılar
-
Günün qoroskopu: Gəlirlərinizi artırmaq üçün yeni yollar axtara bilərsiniz
-
Mətbəxdə paxlalıların içinə mütləq bundan qoyun!: Xarab olmasının qarşısını alan ən sadə üsul
-
“Meydanda olan orada qalır”
-
Gürcüstanda azərbaycanlı gənci qisas üçün qətlə yetirdilər - YENİLƏNİB
-
Hər kəs pəncərəsinin önünə darçın qoymağa başladı
-
"İcazə vermərəm ki, haqqımda bunu desinlər"
-
Kartof püresi soyuduqdan sonra qızdırıla bilərmi?
-
Böyük enerji böhranına qarşı ölkələrin ilginc addımları: İşçilərə qısaqollu köynək çağırışı
-
“Yeraltı” izləyicilərinə pis xəbər
-
Bəzi avtobusların hərəkətində ləngimə olacaq
-
Gəmi kapitanı qəfil vəfat etdi - FOTO
-
"Qarabağ" "Sabah"la heç-heçə etdi
-
Bu yolda hərəkət məhdudlaşdırılacaq
-
"Neftçi"də ciddi itki
-
Əfqanıstanda güclü zəlzələ oldu
-
Firuzə Cəlilovaya vəzifə verildi
-
Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinə infotur təşkil olunub - FOTO
-
“Haqqımız Əliyarın haramı olsun”
-
Qiyməli makaron sousu necə hazırlanır?





