Cəmiyyət

Bakıda kürəkənini qətlə yetirən şəxsin məhkəməsi başlayıb

12 Fevral 2022 23:07
0 Şərh     Baxış: 716
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Azər Cəfərovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Milli.Az "Report"a istinadən bildirir ki, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası fevralın 24-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2021-ci il dekabrın 13-də Xəzər rayonunda baş verib.

Belə ki, A.Cəfərov aralarında şəxsi münasibətlər zəminində münaqişə zamanı odlu silahdan atəş açaraq kürəkəni Rəşad Məmmədovu qətlə yetirib. A.Cəfərov saxlanılıb. İstintaq dövründə onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Cəfərov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.