Cəmiyyət

Bakı-Sumqayıt yolunda qəza: xəsarət alan var - FOTO

8 Fevral 2022 08:48
0 Şərh     Baxış: 737
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə şosenin Xırdalan şəhəri ərazisinə düşən hissəsində qeydə alınıb.

"Ford" markalı avtomobilin sürücüsü sükana nəzarəti itirərək nəqliyyat vasitəsini dəmir arakəsməyə çırpıb. Zərbə zamanı avtomobil aşıb. Qəza nəticəsində sürücü xəsarət alıb. Sürücü izahatında bildirib ki, onun avtomobili "Chevrolet" markalı avtomobil toxunub məhz ona görə də minik vasitəsi aşıb. "Chevrolet"in sürücü isə hadisə yerindən uzaqlaşıb. Faktı Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları araşdırır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.