Cəmiyyət

Bu kəndin sakinləri içməli su ilə imtahana çəkilir - VİDEO

7 Fevral 2022 14:36
0 Şərh     Baxış: 782
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bərdənin Birinci Qaradəmirçi  kəndinin sakinləri içməli su sarıdan əziyyət çəkirlər. İnsanlar suyu qonşu kəndlərdən daşıdıqlarını  deyirlər. İddialarına görə belə vəziyyət illərdir ki, davam edir. Bəs görəsə bu problem nə zaman aradan qaldırılacaq. Məsələyə Bərdə rayon Su Kanal İdarəsi aydınlıq gətirib. 

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, ətraf kəndlərdə su var, onlarda isə yox.

Bərdə rayonunun Birinci Qaradəmirçi kəndinin sakinləri susuzluqdan əziyyət çəkirlər. Şəhər mərkəzinə yaxın yerləşən kəndi içməli su ilə təmin edən artezian quyuları illərdir ki, quruyub. Sakinlər içməli suyu uzaq məsafədən ya əllə gətirirlər, ya da maşınlarla..Bu da əlverişsiz hava şəraitində ciddi çətinliklər yaradır.

Sakinlərin sözlərinə görə, həyətlərdəki quyulardan çıxan su içməyə yararlı deyil. 

Məsələ ilə bağlı Bərdə rayon su kanal idarəsindən bildirilib ki, birinci Qaradəmirci kəndindəki su problemindən xəbərdardırlar. Qeyd edilib ki, dövlət proqramı çərçivəsində Bərdə şəhərinin içməli su və kanalizasiya sisteminin yenidən qurulması çərçivəsində şəhərə yaxın kəndlərə su xəttləri çəkiləcək. Layihəyə uyğun olaraq sözügedən kənd də içməli su ilə təmin ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.