“20 Yanvar günü sırf təsadüf nəticəsində sağ qaldım” – Elman Nəsirov
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az deputat Elman Nəsirovun 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı Sfera.az-a müsahibəsini təqdim edir:
- Elman müəllim, bu gün 20 Yanvar faciəsinin 32-ci ildönümüdür. O günü necə xatırlayırsınız?
- O vaxt Bakı Dövlət Universitetinin 1-ci kurs tələbəsi idim. Sırf təsadüf nəticəsində sağ qaldım. Faciənin ayrı-ayrı detallarını gözümlə görmüşəm. Xatırlamaq belə üzücü və dəhşətli gəlir. Həmin gecə Azərbaycan xalqına qarşı misli görünməmiş bir cinayət baş verdi. Əliyalın insanlara qarşı Sovet ordusu qətliam həyata keçirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
- Sizcə, 20 Yanvar faciəsini qarşısını almaq mümkün idi?
- Əslində bu sualın cavabı 20 Yanvara qədərki hadisələrdə axtarılmalıdır. Belə ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və SSRİ rəhbərliyinin ermənipərəst siyasəti nəticəsində 1988-ci ilin fevralından başlayaraq, 250 mindən artıq soydaşımız Ermənistandan zor və işgəncə altında qovulmuş, təkcə 1989-cu ilin avqust-dekabr aylarında Ermənistan tərəfindən Azərbaycan sərhədlərinin 91 dəfə pozulması və atəşə tutulması nəticəsində 32 nəfər azərbaycanlı öldürülmüş, 166 nəfər yaralanmışdı. Kreml bu vəziyyətdən nəticə çıxarıb, Ermənistanın qeyri-qanuni və antibəşəri hərəkətlərinə hüquqi qiymət verib, günahkarları cəzalandırmaq əvəzinə, cinayətkarın şirnikləndirilməsi siyasətinə üstünlük verdi.
Digər tərəfdən, dövrün Azərbaycan rəhbərliyi və müxalifəti həmin tarixi şəraitdə ümumilli maraqları şəxsi maraqların fövqünə qoymaq bacarığı nümayiş etdirə bilsəydi, antimilli və təxribatçı addımlar atmasaydı, rəsmi Moskvanın Azərbaycan xalqına qarşı qanlı ssenariləri həyata keçirmək imkanı minimuma enə bilərdi. Zənnimcə, məhz Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 15 yanvar 1990-cı il tarixli qərarında "Müdafiə Nazirliyi, hüquq-mühafizə və SSRİ-nin digər icra orqanlarından xahiş edirik ki, ölkə konstitusiyasının 81-ci maddəsinə uyğun olaraq Azərbaycan SSR-ə müvafiq zəruri yardımı həyata keçirsin" şəklində ifadə olunmuş mövqe Mixail Qorbaçov başda olmaqla, SSRİ rəhbərliyini həm arxayınlaşdırmış, həm də Azərbaycan əleyhinə addımlarının radikallıq səviyyəsini daha da gücləndirmişdi. Xatırladaq ki, 1977-ci il 7 oktyabr tarixində qəbul edilmiş SSRİ Konstitusiyasının 81-ci maddəsinə görə, müttəfiq respublikaların suveren hüquqları SSRİ tərəfindən qorunmalı idi.
- 20 Yanvar faciəsində dövrün hakimiyyətinin günahı vardı?
- Bəli. Baxın, 1989-cu ilin sonlarında ölkəmizin bəzi rayonlarında Xalq Cəbhəsi hakimiyyəti zorla ələ keçirdi. Daha sonra Naxçıvanın İranla sərhədindəki tikanlı məftillər sökülüb atıınldı. Bu da azmış kimi Xalq Hərəkatının radikal qanadın Milli Müdafiə Şurası təşkil edərək nəzarəti öz əlinə alması, 1990-cı il уаnvarın 13-15-də Dövlət Təhlükəsizliyi Komitəsinin Sumqayıt ssenarisi əsasında "erməni talanları" törətməsi Moskvanın əlinə Azərbaycan xalqını cəzalandırmaq üçün bəhanə verdi.
- Qeyd etdiniz ki, SSRİ rəhbərliyi Azərbaycana qarşı qərəzli, məsuliyyətsiz və cinayətkar siyasət aparıb...
- 1988-ci ilin martında SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsi və SSRİ Nazirlər Sovetinin "Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi haqqında" qəbul etdiyi qərar əslində Dağlıq Qarabağın Azərbaycandan ayrılaraq Ermənistana birləşdirilməsi üçün münbit şəraiti təmin etməyə hesablanmış addım idi. Bu qərara əsasən, ilk növbədə Dağlıq Qarabağa müstəsna hüquq və səlahiyyətlər verilir, böyük maliyyə vəsaitləri ayrılır, vilayətlə bağlı mühüm məsələlərin həlli ittifaq nazirlikləri və strukturlarının səlahiyyətinə aid edilirdi.
1989-cu il yanvarın 12-də SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarına əsasən, Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində xüsusi idarəetmə forması - Xüsusi İdarə Komitəsi yaradıldı. Sədri ermənipərəst məmur Arkadi Volski təyin edildi. Bu addım faktiki olaraq Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılmasını təmin etmiş oldu.
Rəsmi Moskvanın yuxarıda qeyd olunan addımlarından ruhlanan və şirniklənən Ermənistan SSR-in Ali Soveti 1989-ci il dekabrın 1-də Dağlıq Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi haqda qərar qəbul etdi. Bu siyasət və onun nəticələri Azərbaycanda ermənipərəst SSRİ rəhbərliyi əleyhinə etimadsızlıq mühiti və ümumxalq etirazı dalğasının formalaşmasını təmin etdi.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir - (Foto)
-
Ağdaşda 11 kənddə qaz kəsiləcək
-
Kolleclərə boş qalan yerlər üzrə qəbulun nəticələri elan edildi
-
Əvəz Zeynallının dəfn yeri açıqlandı - (Yenilənib)
-
Aqrar sahədə hansı texnikalara güzəşt ediləcək?
-
Gələn il maaşlar artacaq?
XƏBƏR LENTİ
-
Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər
-
Təyyar Bayramovun yubileyidir - (Video)
-
Yasamalda yeni yol və tunel inşa ediləcək - evlər söküləcək - (Video)
-
“Boş evdə tək oturub ağlayıram” - Cennifer Lopez
-
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
-
Mircəlal Qurbanovu anasının 70 illiyinə Xalq artistləri gəldi - (Foto)
-
Daşınmaz əmlak bazarında yeni qiymət artımı - (Video)
-
İcra başçısı məmuru danladı: "Camaatın ağzından vurmayın" - (Video)
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var - Yenilənib
-
“Birliyin Gücü - 2026" hərbi təlimində kiberəməliyyat fəaliyyətləri uğurla icra edilib - (Foto/Video)
-
Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı
-
Suraxanıda su olmayacaq
-
Aslı Enver Türkiyəni tərk edir
-
Qaradağın yeni icra başçısının dosyesi
-
Rusiyada pirotexnika zavodunda ölənlərin sayı 10-a çatıb
-
Bəxtiyar Əsgərov vəzifəsindən azad edilib
-
37 yaşlı icra başçısı Məmmədiyə Məmmədovun dosyesi
-
“Çirkin” final edir
-
Rusiya Kiyevdə xəstəxanaya zərbə endirib, yaralılar var
-
Hasil Abbasov vəzifəsindən azad edildi
-
Niderland və Slovakiyada benzin və dizelin qiyməti qalxdı
-
BTQ BMT Baş Assambleyası çərçivəsində qayıtmaq hüququ və dekolonizasiyaya həsr olunmuş tədbir keçirib - (Foto)
-
Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı keçirilib - (Foto)
-
Azərbaycanda bu il dəniz suyunun duzsuzlaşdırılması layihəsinin icrasına başlanılacaq





