Cəmiyyət

Avropada "omikron"a görə karantin sərtləşdirilir, Azərbaycanda vəziyyətin sabit qalması üçün nə etməliyik?

18 Yanvar 2022 00:02
0 Şərh     Baxış: 742

Dünyada koronavirusla bağlı vəziyyət dəyişkən olaraq qalır. Artıq dünyada 328 milyondan çox insan koronavirusa yoluxub, 5 milyondan çox insan isə bu virusa görə həyatını itirib. Beynəlxalq təşkilatların məlumatlarına görə, hazırda dünyada 50 milyondan çox aktiv koronavirus xəstəsi var.

Beynəlxalq təşkilatların rəylərinə görə, dünyada virusun yayılma sürəti ilə vaksinasiya sürəti ciddi fərqlənir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirir ki, bu ilin ortalarına qədər dünya əhalisinin 70 faizi peyvənd olunmalıdır. Lakin dünyadakı vaksinasiya sürətinə baxsaq, bu real görünmür.

Bu gərgin məqamda isə koronavirusun daha bir mutasiyaya uğramış variantı "omikron" ştamı da sürətlə yayılır. "Omikron" aşkarlanmış ölkələrdə tezliklə vətəndaşaların böyük bir hissəsinin bu virusa yoluxacağı bildirilir.

Avropa ölkələri artıq "Omikron" ştamı ilə mübarizə üçün sərt tədbirlər görməyə başlayıb. Misal üçün Yunanıstanda vaksin olunmayan 60 yaşdan yuxarı şəxslərin cərimə olunmasına başlanılıb. Avstriyada isə vaksinasiya məcburi elan edilib. Almaniyada isə qaydalar daha sərtdir. Belə ki, tam vaksinasiyası və neqativ test nəticəsi olmayanlar restoranlara buraxılmır.

Bəs Azərbaycanda koronavirusla bağlı son vəziyyət necədir?

Azərbaycanda isə yanvarın 10-da "omikron" ştamı aşkarlanıb. Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin yaydığı birgə məlumatda qeyd olunub ki, ölkə xaricindən gələn şəxslərdən götürülən nümunələrdən 12-də SARS-CoV-2 21K "Omikron" variantı aşkarlanıb.

Milli.Az xəbər verir ki, Trend-ə açıqlamasında infeksionist-hepatoloq Mərdan Əliyev bildirib ki, Azərbaycandanda epidemoloji vəziyyət sabitdir.

"Dünyanın bir çox ölkələrində "omikron" ştamı ölkələri cənginə alıb. Bu səbəbdən həmin ölkələrdə bir çox qadağalar qüvvəyə minib. Azərbaycanda isə hələki karantin qaydalarının sərtləşdirilməsinə ehtiyac duyulmur. Ölkəmizdə yaxın aylarda virusunun yayılması sürətlənməsə, yay fəslində virusun yayılması indikindən daha zəif olacaq. Buna əsas səbəb əhalimizin çoxusunun yoluxub, sağalması və kütləvi peyvənd olunmasıdır. Təbii və süni imunitet birləşərək kollektiv immunitet formalaşdırıb. Bu səbəbdən ölkəmizdə yoluxmanın kəskin sürətdə artımı qeydə alınmır. Buna görə də karantin qaydalarının sərtləşdiriləcəyi gözlənilmir.

BU göstəricilərə baxmayaraq bütün gigyenik qaydalara əməl etmək, sosial məsafəni gözləmək lazımdır. Bunlardan da vacib olan isə vaksinasiyadı. Üçüncü doza vaksini həm risk qrupuna daxil olan, həm də xəstəliyi olmayan vətəndaşlarımızın qəbul etməsi tövsiyyə olunur. Çünki virusdan qorunmaq üçün ən yaxşı variant vaksin olunmaqdır", - deyə ifeksionist bildirib.

İqtisadçı ekspert Eyyub Kərimli isə Trend-ə ibildirib ki, bu gün Azərbaycan görünməz bir düşmənlə də mübarizə aparır - koronavirus. Xatırlayaq, iki il bundan öncə əksər ölkələr Azərbaycana nümunə göstərilirdisə, bu gün bu virusla mübarizədə Azərbaycan dünya ölkələrinə nümunədir.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin jurnalistlərə müsahibəsi bunu deməyə əsas verdi ki, dünyada gedən qlobal mürəkkəb dəyişiklər və proseslər, əsasən də COVİD-19 və digər yeni virusların yayılması ilə bağlı məsələrdə ölkə başçısının daima diqqətindədir.

"Virusa yoluxanların sayında qeydə alınan yeni rekordlar dünyanın bir çox ölkələrində səhiyyə sisteminin yüklənməsinə gətirib çıxarır.

Azərbaycanda dünyanın bir çox ölkələri, o cümlədən Qərb dövlətləri ilə müqayisədə koronavirusla bağlı vəziyyət məqbul səviyyədədir. Ölkəmizdə hazırda 46 xəstəxana koronavirus xəstələrinin müalicəsi ilə məşğuldur. Aktiv daşıyıcılar olan xəstələr üçün ümumilikdə hazırda 10 min çarpayı ayrılıb və hazırda onlardan cəmi 10 faizi doludur;

Ümumiyyətlə, pandemiyanın başlamasından dərhal sonra Azərbaycanda görülən tədbirlər öz səmərəliliyini göstərir. Bu ondan irəli gəlir ki, Azərbaycan bu xəstəlikdən itkilərin az olduğu ölkələr siyahısındadır. Real vəziyyət göstərir ki, ölkəmizdə yoluxma sayı sürətlə artarsa, bunun öhdəsindən gəlmək üçün ölkədə bütün imkanlar mövcuddur. Hazırda xəstəxanalarda kifayət qədər çarpayı ehtiyatı var, reanimasiyalar ağır xəstələr üçün hər cür tibbi avadanlıqlarla təmin olunub" - deyə ekspert vurğulayıb.

E.Kərimli qeyd edib ki, Azərbaycanda vaksinasiya prosesi də uğurla gedir və 8 yaşdan yuxarı olan əhalinin təxminən 65 faizi artıq peyvəndin hər iki dozasını alıb. Eyni zamanda, "buster" dozanı vurduranların sayı 1,7 milyonu keçir. Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 12 milyona yaxınlaşır. Yaranmış vəziyyətdə Azərbaycan dünyanın bir çox ölkələrində olduğu kimi pandemiya səbəbindən yenidən sərt qapanmalara ehtiyac görmür.

"Peyvəndləmə prosesində fəal iştirak, gigiyenik və təhlükəsizlik qaydalarına riayət edilməsi cari il ərzində Azərbaycanda koronavirus pandemiyasının endemik xarakter almasına gətirib çıxara bilər. Azərbaycan əhalisində sözügedən infeksiyaya qarşı yüksək immunitet səviyyəsi müşahidə edilən ölkələr sırasında yer alır. Dünya miqyasında da qəbul edilir ki, Azərbaycan koronavirusla mübarizədə nümunəvi addımlar atan ölkələrdən biridir.

Kütləvi yoluxmalardan qorunmaq, vəziyyəti stabil saxlamaq üçün insanlar vaksinasiya prosesində fəal iştirakla yanaşı, gigiyenik qaydalara, sosial məsafənin qorunmasına daim riayət etməlidirlər. Çünki vaksinasiya yoluxmanın qarşısını almır. Peyvəndləmə sadəcə, infeksiyaya yoluxan zaman xəstəliyin ağırlaşmasının qarşısını alır, onun həyat üçün təhlükəsini aradan qaldırır", - deyə E.Kərimli bildirib.

Ekspert bildirib ki, ölkədə peyvəndləmə prosesi yenə yüksək fəallıqla davam etdirilməlidir. Nəzərə alınmalıdır ki, yoluxuculuq qabiliyyəti yüksək olan "omikron" ştamı artıq Azərbaycanda da qeydə alınıb. Belə olan halda, vətəndaşların daha məsuliyyətli davranması zəruri şərt kimi çıxış edir.

Milli.Az

40 000 AZN-dək krediti ONLAYN sifariş et!

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics