Bu binalardan mənzil alanların diqqətinə: Mütləq sənədlərə baxın - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bəzən vətəndaşlar yataqxana tipli binalardan mənzil alırlar. Təbii ki, bu digər binalardakı mənzillərlə müqayisədə ucuz olur. Əmlak ekspertləri isə hesab edirlər ki, yataqxana tipli binalardakı mənzillər əmlak sahəsində ölü kapital kimi qiymətləndirilər.
Ucuz qiymətə ev almaq istəyənlərin diqqətini tez-tez Bakıda yataqxana tipli binalarda satışa çıxarılan mənzillər cəlb edir. Bura həm sovet dövründən qalma ailə yataqxanaları, həm də tələbə yataqxanalarında olan mənzillər aiddir. Bəzi hallarda daşınmaz əmlakın elektron reyestrindən çıxarışı da olan bu mənzillərin alqı-satqısı problemli ola bilərmi? Əmlak eksperti Elnur Fərzəliyev deyir ki, sovet dövründən qalan ailə yataqxanalarındakı mənzilləri almaq o qədər də riskli deyil.
Ekspert deyir ki, həmin yataqxana tipli binalardakı mənzillərin ayrıca sanitar qovşaqları, yəni kiçik də olsa hamam, tualet və mətbəxi var. Elnur Fərzəliyevin sözlərinə görə, belə mənzillərin alışı zamanı mütləq sənədlərə baxmaq lazımdır. Əgər həqiqətən elektron çıxarışda onu satan şəxsə tam mülkiyyət verilibsə və bina aid olduğu müəssisənin balansından çıxıbsa, həmin mənzil vətəndaşın özəl mülkiyyəti sayılır. Əgər bu sadalananlar yoxdursa bu tip binalardan ev almaq olduqca risklidir. Bu da daha çox tələbə yataqxanalarına aiddir.
Ekspert deyir ki, Yasamal rayonu ərazisində köhnə 5 mərtəbəli binada iki otaqlı mənzil 75-80 min manat arasındadırsa, eyni ərazidə yataqxana tipli binalarda bu mənzillər 45-50 min manata satılır. Elnur Fərzəliyev deyir ki, yataqxana tipli binalardakı mənzillər əmlak sahəsində ölü kapital kimi qiymətləndirilir. Çünki onların yenidən satışa çıxarılaraq pula çevirilməsi digər mənzillərdən daha çətin olur.
Milli.Az xəzərxəbərin hazırladığı sujeti təqdim edir:
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Sabah meteohəssas insanlar üçün hava necə olacaq?
-
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
-
Hava ilə bağlı son məlumat
-
Ayın 5-də yağış yağacaq - Proqnoz
-
Samux rayonunda 5 Oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş "Ey hörmətli Müəllim...!" adlı tədbir keçirilib - (Foto)
-
Azərbaycan Meksikanın Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub - (Foto)
XƏBƏR LENTİ
-
Qəlbləri ən asan fəth edən 5 bürc
-
Mıhlama nə ilə yeyilir?
-
“Bitcoin” 190 min dolları keçə bilər
-
Antibiotik qəbul edərkən şəkər istehlak etmək bağırsaq bakteriyalarına zərər verə bilər
-
Çuğundurlu kələm turşusu resepti
-
İkardidən "Qalatasaray"la bağlı sürpriz qərar
-
"Flydubai" pilotu hər şeyi etiraf etdi
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat
-
Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür
-
Günün qoroskopu: Ailə daxilində gərginlik yarana bilər
-
Studiyadakı şəxs robotlarla əlbəyaxa oldu - (Video)
-
Türkiyənin ən varlı aktyorları
-
Sabah Yasamalda işıq olmayacaq
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
-
İranın neft naziri istefa verdi
-
Salyanda ağır qəza - yaralılar var - (Video)
-
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
-
Türkiyədə 4-cü dəfə zəlzələ oldu - Yenilənib
-
Nemət Pənahov vəfat etdi - (Foto)
-
Şəhanəni qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - (Video)
-
“Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar?” - Ayxan Abbasov
-
Biləsuvarda minik avtomobili aşdı, yaralı var
-
“Bütün mübahisəli qərarlar Azərbaycanın xeyrinə verildi” - Yankauskas





