Oğuz rayonunda Cavanşir və Dədə Qorqud küçələrinin kəsişməsindəki yolayrıcında tez-tez qəza baş verməsi sakinləri narahat edir. Bəzən belə qəzalara bir gündə dəfələrlə rast gəlinir. Sakinlər həmin yolayrıcında işıqfor qoyulmaqla bu problemin həll edilə biləcəyini bildirirlər.
Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, əzilmiş dirəyin üstündə olan ağ, qırmızı, göy və digər rənglər qəzalar zamanı avtomobillərdən düşüb.
Oğuz rayonunda Dədə Qorqud və Cavanşir küçələrinin kəsişdiyi yer maşınların və piadaların ən çox keçdiyi yolayrıcılarındandır. Bu yolayrıcının yaxınlıqda məscid, Uşaq bağcası və 3 saylı məktəb yerləşir. Yolu çətinliklə keçən məktəblilərin gözləri önündə baş verən belə avtoqəzaları onları qorxudur.
Yolda hərəkəti tənzimləyən işıqforun olmaması sürücülərin və piyadaların işini çətinləşdirir. Sakinlər burda həftədə bir neçə dəfə, bəzən isə bir gündə iki avtoqəza olduğunu deyirlər.
Oğuz rayon İcra hakimiyyətindən bildirildi ki, rayonun yeni yaşayış massivlərində olan küçələrdə yeni yol nişanlarının qoyulması və sözügedən yol ayrıcına işıqforun quraşdırılması nəzərdə tutulub.
Hələki sürücü və piyadalara yolu keçərkən ehtiyatlı olmaları tövsiyə olunur.
Milli.Az