Cəmiyyət

Həkimdən yayılan kütləvi virusla bağlı XƏBƏRDARLIQ: Temperaturunuz 3 gün ərzində düşməsə... - VİDEO

10 Yanvar 2022 15:06
1 Şərh     Baxış: 1 453
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycanda yayılan virusun influenza olmasını təxmin edirik. Onun bu formada yayılması onu göstərir ki, insanlarımız maska ilə davranış qaydalarını yaddan çıxarıblar. Gigiyena qaydalarına düzgün əməl edilmir deyə bu virus həddindən artıq sürətlə yayılmaqda davam edir".

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, bunu ARB24-ün "Gündəm" verilişinə açıqlamasında həkim Ümüd Səlimzadə deyib. O bildirib ki, bu virusa yoluxan xəstələrdə COVİD-19 testlərinin cavabı əksər hallarda neqativ olur:

"İnfluenzanın əlamətləri də koronada olduğu kimidir. Temperaturu 39-40 dərəcəyədək qalxan insanlar müşahidə edirəm".

Ü. Səlimzadə onu da qeyd edib ki, influenzanın xəstəxana şəraitində müalicəsində antiviral dərmanlardan istifadə edilməlidir:

"Əgər antiviral dərmanlar xəstəyə kömək etmirsə, demək ikincili olaraq bakterial mənşəli infeksiya qoşulub. Bu təsdiqlənərsə, biz antibiotiklərdən istifadə edə bilərik. Amma ev şəraitində müalicə zamanı isə gün ərzində temperatur salan dərmanların 6-8 saatdan bir olmaqla, 3-4 dəfə istifadəsi lazımdır. Əgər temperatur 3 gündən artıq dərmanlar vasitəsi ilə düşməsə, xəstəxanaya müraciət mütləqdir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.