Cəmiyyət

Günün qoroskopu: Mühüm məsələlərin həllini təxirə salmayın

23 Yanvar 2022 00:01
18 Şərh     Baxış: 4 072

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - Ciddi səylər və zəhmət olmadan uğur əldə edəcəyinizi düşünməyin. Əvvəlcədən planlaşdırılmamış və götür-qoy edilməmiş anlaşmalar risklidir. Alış-verişdə çox pul xərcləməyin. Pulu sonrakı günlərdə daha məntiqli, yaxşı şəkildə xərcləyə bilərsiniz.

Yaxınlarınızla ixtilaflara yol verməmək üçün güzəştə gedin. Əvvəlki vaxtlarla müqayisədə güzəştə daha çox meylli olun. Yaxınlarınız sizdən sui-istifadə etməyə can atacaqlar.

Ailə üzvləri ilə təmaslar əhvalınızı yaxşılaşdıracaq.

Buğa - Nöqsan, çatışmazlıq və zəifliklərinizə ifrat dərəcədə dözümlü olmayın. Problemlər tolerant münasibəti sevmir. Özünüzü reklam da edərək ifrata varmayın: gülünc vəziyyətə düşə bilərsiniz. Təmkinli olun. İşgüzar danışıq və müzakirələrdə soyuqqanlı davransanız, uğura nail olacaqsınız. Ultimativ və hədəli davranış yaxşı heç nə vəd etmir.

Qəfil maliyyə irəliləyişi ola bilər. Məsələn, köhnə borcun qaytarılması, yeni mənbədən pulun alınması realdır. Yeni iş tapmaq olar. Yeni işgüzar tərəfdaşlarla əməkdaşlıq məhsuldardır.

Axşam saatlarını aktiv istirahətə həsr edin.

Əkizlər - Hədsiz dərəcədə dözümsüz olmayın, özünüzə yeni problemlər yaratmayın. Əlverişli anı gözləyin, səbirli olun. Emosiyalarınızı cilvolayın, uğur əldə etmək üçün ən əlverişsiz zamanda yeni işə və ya layihəyə başlamayın. Halbuki nailiyyət şansları az deyil. Sadəcə, azacıq hiyləgərlik edin. Fəndgir olun.

Neqativ emosiyalarınızı nümayiş etdirməsəniz, yaxınlarınızla münaqişələr yaranmayacaq. Kiçik anlaşılmazlıqları ürəyinizə salmayın. Tənqiddən inciməyin.

Xərçəng - Yetərincə çətin, qarışıq gündür. Peşəkar fəaliyyət müstəvisi ilə bağlı önəmli qərarlar qəbul etməyin, irimiqyaslı anlaşmalar bağlamayın. İşlərdə güvənməyə və etibar etməyə alışdığınız çoxdankı tərəfdaşlar bu gün sizi təəssüfləndirə bilərlər. İşdə rəhbərlik və həmkarlarla ixtilaflar adi günlərlə müqayisədə daha çoxdur. Mövqelərinizi qorumaq çətin olsa da, güzəştə getmək istəmirsiniz.

Özünüzdən narazılıq artdığından daha qıcıqlı davranmayın.

Yaxınlarınızla münasibətlərin formalaşma məcrasına fikir verin. Səhih davranış xəttini və modelini seçsəniz, münaqişələr yaranmayacaq. Uzaq səfərə yollanmaq məsləhət deyil. Hətta sevdiyiniz insanla da yola çıxmayın.

Şir - Günün ilk yarısı çox uğurludur. İşlərdə təşəbbüskar olmaq, ideyaları müzakirəyə çıxarmaq, əməkdaşlığın perspektivlərini potensial tərəfdaşlarla müzakirə etmək üçün yaxşı zamandır. İnadkarlıq və qətiyyət qarşıya qoyulmuş məqsədə çatmağa imkan verəcək. Kimsə sizə mane olmağa çalışarsa, ona fikir verməyin.

Enerji potensialının səviyyəsi yüksək olduğundan, yorulmursunuz. Yaxın ətrafınızdakı insanların fəaliyyət tempi az sonra aşağı düşəcək. Sizin qədər çalışmayan insanı sərt tənqid etməyin. Hamıdan hiperaktiv fəaliyyət istəməyin.

Qız - Diqqəti ciddi və təcili həll tələb edən işlərə yönəldin. Əylənmək, şənlənmək istəsəniz də, rutin işlərlə məşğul olun, cari problemləri qulaqardına vurmayın. Mənasız xərclər, maliyyə itkiləri ola bilər. Bütün bunların səbəbi əyləncə və həzzə olan marağınızdır. Şəxsi münasibətlərdə yenilik axtarışları üçün əlverişli zaman deyil.

İdeyalarınız pis deyil. Lakin bu, yanınızdakı insanların təkliflərini dinləməmək üçün şərt deyil. Dialoqa hazır olduğunuzu göstərsəniz, yeni çox məqamı öyrənə bilərsiniz.

Tərəzi - Günün axarı davranış modelinizi və əməllərinizi müəyyənləşdirəcək. Aqressivliyin istənilən formada izharına yol verməyin. İstənilən situasiyada həssas və təmkinli olun. Mümkün qədər soyuqqanlı davranın. İşdə maraqlı hadisələr az deyil. Onların hamısını dəqiq dəyərləndirə bilmirsiniz. Nəticələrlə tələsməyin. Hər şeyi yaxşıca düşünün.

Yaxınlarınızla ünsiyyətdə səbirli olun. Onların əməl və qərarlarının motivlərini tam anlamırsınız, eşitdikləriniz də sərt və nahamvar kəlmələr təsiri bağışlayır. Yumor hissi münaqişənin qarşısını ala bilər.

Əqrəb - Günün ilk yarısında sakit, təmkinli, soyuqqanlı olun. Başladığınız işləri bitirin. Yeni layihə və ya işlə bağlı prosesi bir neçə saatlıq təxirə salın. Zaman keçdikcə müsbət təmayüllərin təsiri güclənəcək. Mühüm işlər və önəmli görüşləri günün ikinci yarısına saxlayın.

Yaxınlarınıza yardım edin, xeyriyyə tədbirinə qatılın. Ehtiyacı olana dəstək olun. Ruhdan düşənlərə ürək-dirək verin. Yaradıcılıq potensialının səviyyəsi yüksəkdir. Yeniliklər, problemlərin qeyri-standart həlli zamanıdır.

Oxatan - Əla nəticələrə nail olmaq üçün müttəfiqlərlə tərəfdaşları dürüst seçin. Yalnız layiq olan insana bel bağlayın. Cəsarət və qətiyyət günün ortalarında yarana biləcək çətinliklərin öhdəsindən gəlməyinizə kömək edər. Peşəkar fəaliyyət müstəvisi ilə yanaşı, şəxsi münasibətlərdə təşəbbüskar olun. Belə davranışda fayda var.

Anlaşma, sövdələşmə, razılaşma, alış-veriş üçün əlverişli zamandır. Mühüm maliyyə məsələlərini çözəndə diqqətli olun. Şəxsi münasibətlər sahəsində ciddi problemlər yaranmayacaq. Sizə əziz insanla dil tapın, onu anlamağa çalışın.

Oğlaq - Çox və məhsuldar işləyin. Bu minvalla nüfuzlu şəxsin dəstək və rəğbətini qazanmaqla yanaşı, rəqiblərinizi üstələyə bilərsiniz. Qüvvənizə, potensialınıza şübhə etməyin. Bədgümanlıq mənasız təlaş və narahatlıq vəd edir. Ümumi planın uğuruna şübhə edən müttəfiqlərə dəstək olun, onları ruhlandırın.

Ev işlərinin öhdəsindən asanlıqla gələcəksiniz. Onlar darıxdırıcı və yorucu təsir bağışlamır. Yaxınlarınız ideya və niyyətlərinizi dəstəkləyəcəklər.

Axşam saatlarında qonaqlar gələ bilər.

Dolça - Mühüm məsələlərin həllini təxirə salmayın. Yaxın ətrafınızdakı insanlar tələsməməyi məsləhət görsələr də, onlara qulaq asmayın. Qətiyyət və əzm sayəsində istənilən maneəni dəf edə bilərsiniz. Başqalarının qarşısında naçar qaldıqları problemi həll etmək imkanları var. Nüfuzlu şəxslə görüş pis keçməyəcək. Sponsor və ya investor tapa bilərsiniz.

Genişmiqyaslı biznes-layihələrin reallaşdırılmasına başlayın.

Yaxınlarınızla ünsiyyət əhvalınızı yaxşılaşdıracaq. Köhnə dostlarla görüşlər pozitiv emosiyalar vəd edir. Yeni tanışlıqlardan biri romantik münasibətlərin təməli ola bilər.

Balıqlar - Sadə olmayan gündür. İşdə həmkarlarla münaqişələr və ixtilaflar prosesə mane ola bilər. Rəhbərliklə dil tapmaq müşkül məsələyə çevrilir. Mövqeyinizi qorumaq çox çətindir. Əlverişli şərtlərə razılaşın, güzəştə getməyi bacarın. Yeni iş yeri aramaq, məsləhətlər aparmaq üçün münasib gün deyil.

Maliyyə itkiləri ola bilər. Anlaşma və sövdələşmələr gəlir vəd etmir.

Yaxınlarınızla qarşılıqlı anlaşmaya nail olmaq çətin olsa da, münaqişəyə yol verməyin. Sonradan barışmağına asan olmadığını bilirsiniz.

Axşam saatlarını sakit istirahətə həsr edin.

Milli.Az

40 000 AZN-dək krediti ONLAYN sifariş et!

Şərh yaz:

18 Şərh:

  • Anonim
    Tovuzlu Tutu · 23 Yanvar 00:05100

    Salam dostlar necəsiz ?

    Cavab yaz
    • Anonim
      Esra ıbrahımli(Şamaxı) · 23 Yanvar 01:1840

      Cox sağ ol,var ol canım mən yaxşıyam.Sen necəsən əhvalın necədi?

      Cavab yaz
    • Anonim
      Ebru · 23 Yanvar 17:2650

      Salam Tovuzlu gözəl qiz Tutucan,xoş gördük səni.Cann necəsən?Nə yaxşı yazdın ,köhnə şərhçiləri görmək çox xoşdu..(******).

      Cavab yaz
  • Anonim
    Esra ıbrahımli(Şamaxı) · 23 Yanvar 00:08210

    Gününüz uğurlu olsun,istirahetiniz maraqlı olsun.

    Cavab yaz
    • Anonim
      Ebru · 23 Yanvar 17:2840

      Çox sağ ol,gözəl qiz sənlə bahəm necəsən??(*****).Azad balam necədi??(**********)

      Cavab yaz
      • Anonim
        Esra ıbrahımli(Şamaxı) · 23 Yanvar 19:3720

        Can,sen də sağ ol var ol.Şükür Azadda yaxsıdı,məndə yaxsiyam.Sen necəsən,Mələklərim necədi?

        Cavab yaz
        • Anonim
          Ebru · 23 Yanvar 20:0730

          Hər zaman yaxşı olun,Esracan.Şükür qizlarda yaxşıdılar.(*****)..Dünənki səyfəni oxdum bəyaq.Deyəsən Nuruş yazıb həə??Nə yaxşı çox sevindim:).Sağ olsun mənidə yada salıb.İnş Allah yazar yenə.Darıxmışam onun üçün birdə Yağmur üçün(((

          Cavab yaz
          • Anonim
            Esra ıbrahimli(Şamaxı) · 23 Yanvar 21:2520

            Həəə,Nuruşdu,1 kəlmə yazır cixir gözlüyürem sonra yazmir 2 defə soruşub.Havada da burda da.Öz veziyyetində yazmir necədi neynir.Yağmurdan hec xeber yoxdu.Mən də Yağmuru da,gözlüyürem yazmır.

            Cavab yaz
  • Anonim
    Esra ıbrahımli(Şamaxı) · 23 Yanvar 00:09520

    İnsan inandığı şeylər uğruna,möhtəşəm səhvlər edə bilər.

    Cavab yaz
  • Anonim
    Esra ıbrahımli(Şamaxı) · 23 Yanvar 00:18181

    Sevdiyinə qovuşa bilmirsənsə,çalış qovuşduqunu sevəsən.

    Cavab yaz
    • Anonim
      Ebru · 23 Yanvar 17:2940

      Bəs qovuşduğunuda sevə bilməsən??((Onda necə olur ay Esracan?:)

      Cavab yaz
      • Anonim
        Esra ıbrahımli(Şamaxı) · 23 Yanvar 19:3920

        Həə,orasi elədi amma qövusduğun da gərək sevdirə bilə özün yaxşı insan olsa,qedir bilən olsa sevmək olarr:)

        Cavab yaz
        • Anonim
          Ebru · 23 Yanvar 20:0830

          Orası elədi Esra can,amma elə insan da nadir hallarda tapılır:))

          Cavab yaz
  • Anonim
    **** · 23 Yanvar 00:5460

    Bürcümün hər bir sətrində sanki yazılıbkı səbrli ol(((

    Cavab yaz
    • Anonim
      Ebru · 23 Yanvar 17:3140

      Allah səbri edənləri sevir ,cann səbir et bir də,görəcəksən Allah səni sevindirəcək inan..(******)

      Cavab yaz
      • Anonim
        **** · 23 Yanvar 18:1920

        İnşallah Ebrucan(******)

        Cavab yaz
  • Anonim
    asi · 23 Yanvar 09:3480

    Neçə gündür elə proqnozlar verilir ki.. Heç Putinlə Zeleniski arasındakı vəziyyət mənim bürcümdə yazılanlar qədər gərgin deyil)..

    Cavab yaz
    • Anonim
      A.xanım · 25 Yanvar 08:5900

      Agıl her bir insanda gözeldi

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics