Cəmiyyət

Şəhid Əkbər Məsimov döyüşlərdə düşmənin iki postunu darmadağın edib - VİDEO

13 Dekabr 2021 13:48
0 Şərh     Baxış: 486
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hələ uşaqlıqdan vətənə, torpağa sevgisi var idi. Əkbərin, ən böyük arzusu isə işğal altında olan torpaqlarımızı azad görmək idi.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, qəhrəmanımız 1994-cü ildə Ağdaş rayon, Qaradeyn kəndində anadan olub.

O, 2012-ci ildə həqiqi hərbi xidmətə yollanıb. Naxçıvanda xidmətini başa vurub, amma 2017-ci ildən müddətddən artıq hərbi qulluqçu kimi xidmətinə davam etdirmək qərarına gəlib. 2020-ci ilin mayında nişanlanan Əkbərin ad günündə toyu olacaqdı. Sentyabrın 27 -də Əkbər Məsimov döyüşün ilk günündə kəşfiyyatçı kimi haqq savaşına qatılıb. İlk olaraq Murovdağ istiqamətində, daha sonra Kəlbəcər döyüşlərində iştirak edib. Qəhrəmanımız müharibədə olduğu zaman ermənilərin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv edib, hətta düşmənin iki postunu darmadağın edib.

Əkbər Məsimov sentyabrın 27-də döyüş tapşırıqlarını yerinə yetirərkən aldığı ağır güllə yarası alaraq şəhadətə yükşəsilb. Şəhidimizin nəşi 9 aydan sonra, iyun ayında tapılaraq yaşadığı Qaradeyn kəndinə gətirilərək torpağa tapşırılıb.

Qeyd edək ki, Əkbər Məsimova ölümündən sonra "Vətən uğurunda, "Cəsur döyüşçü", və "Kəbəcərin azad olunması" medalı ilə təltif edilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.