Cəmiyyət

“Bu tərbiyəsizi internat məktəbinə atmaq lazımdir” - Oqtay

11 Dekabr 2021 11:06
4 Şərh     Baxış: 1 892
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Soy" prodakşının rəhbəri, məşhur prodüser Oqtay Əliyev bir neçə gündür sosial şəbəkələr və yerli mediada gündəmi zəbt edən şagirddən yazıb. 

Milli.Az olay-a istinadən xəbər verir ki, O. Əliyev təklif edib ki, sinif yoldaşlarına aqressiv yanaşan şagirdi çətin tərbiyə olunan internat məktəbinə göndərilsin: 

"Bu tərbiyəsiz "yetimçə"ni çətin tərbiyə olunan uşaqların  internat məktəbinə atmaq lazımdir. Orada müəllimlər burnuna buzlu sular qoysunlar. Adi məktəblərdə müəlimlərin zəhmini məhv etdilər. Axırıda belə oldu".

Qeyd edək ki, sözügedən hadisə Suraxanı rayonu 282 nömrəli tam orta məktəbdə lentə alınıb. 7-ci sinif şagirdi tədris prosesi zamanı özünü çox aqressiv aparır, sinif yoldaşlarını və müəllimlərini nalayiq sözlərlə təhqir edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.