Cəmiyyət

“Əvvəl qayınatamı, sonra atamı çağırdım” - Məktəb rəhbəri bufetçini döyüb?

10 Dekabr 2021 21:50
0 Şərh     Baxış: 1 806
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tovuzda orta məktəbdə direktor əvəzi olaraq çalışan qadın məktəbin həyətində bufetçi qadınla dalaşıb.

"Qafqazinfo" ATV-yə istinadən xəbər verir ki, hadisə rayonun Əyyublu kəndi Sahib İskəndərov adına tam orta məktəbdə baş verib.

Uzun illərdir məktəbdə bufetçi işləyən qadın bildirib ki, direktor əvəzi Gültəkin Nəsibova ona bufeti işlətməməsini deyib, o, buna etiraz edəndə isə döyülüb:

"Mənim məktəbin içində dükanım var, bufetdir. Onu qoymur açmağa. Üç aydır məktəb açılandan, qərar veriləndən qoymadı, dedi ki, mən öz adamlarıma verəcəyəm. Məni saçımdan tutub sürümək istədi".

Bufetçini döyməkdə ittiham olunan Gültəkin Nəsibova bildirib ki, həmin bufet qeyri-qanuni tikilidir:

"Kabinetimə daxil olaraq, mənə hücum ediblər. Nalayiq sözlərlə məni təhqir ediblər. Mən öz təhlükəsizliyimi təmin etmək üçün əvvəlcə qayınatama, sonra atama zəng eləmişəm. Qayınatam polisə müraciət edib".

Tərəflər bir-birini ittiham edir. Məsələ ilə bağlı DİN-nin mətbuat xidmətinin əməkdaşı Eşqin Qasımov bildirib ki, hadisə ilə bağlı müvafiq araşdırmalar aparılır: "Araşdırmaların nəticəsinə uyğun olaraq məsələyə hüquqi qiymət veriləcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.