Cəmiyyət

Anasına Şuşanın azadlığı xəbərini verdi, sonra şəhid oldu - VİDEO

10 Dekabr 2021 17:54
0 Şərh     Baxış: 1 113
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Ana, bizi təbrik elə, artıq Şuşadayıq!". Tezliklə qələbə çalıb, sizin yanınıza dönəcəm"- deyirdi 26 yaşlı Sumqayıtlı şəhid Qubad Əliyev.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, vətənpərvər igidimizin anası Nigar Əliyeva deyir ki, oğlu 44 günlük Vətən müharibəsi zamanı evdən iş adı ilə çıxıb və birbaşa könüllü olaraq cəbhəyə yollanıb.

Oktyabrın 9-da vətənin müdafiəsinə qatılıb. Qubad cəbhə bölgəsinin Qubadlı,  Xocavənd, Cəbrayıl və Şuşa istiqamətində gedən ağır döyüşlərdə öz xüsusi bacarığı ilə seçilən qəhrəmanlardan biri olub. Son döyüşü Xocavənd rayonunda - Qırmızı Bazar istiqamətində Şuşaya doğru olub. Noyabrın 8-i Şuşanın azad olunması xəbərini anasına çatdıran Qubad telefon danışığınından 2 saat sonra düşmənin atdığı minamyot nəticəsində aldığı qəlbə yarasından qəhrəmancasına şəhid  olub. Ölümündən 6 ay sonra ikinci oğlu dünyaya gəlib. Ona elə şəhidimizin adı verilib.

Şuşanın alınması uğrunda gedən qızğın döyüşlərdə qəhrəmanımız yoldaşları ilə birlikdə düşmənlə üzbəüz vuruşub. Qubad Əliyev noyabrın 11-də Sumqayıtın Şəhidlər xiyabanında dəfn olunub. İndi onun vətənə Elcan və Qubad adlı iki oğul övladı yadigar qalıb. 26 yaşlı qəhrəmanımız "Qubadlının azad olunmasına görə", " Xocavəndin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif olunub.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.