Cəmiyyət

Drenaj şəbəkəsi lildən təmizlənir - VİDEO

9 Dekabr 2021 15:12
0 Şərh     Baxış: 699
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şoran torpaqların əkinə yararlı vəziyyətə gətirilməsi, yenidən fermerlərin ixtiyarına verilməsi istiqamətində meliorativ tədbirlər davam edir. Bu yöndə Mil-Qarabağ və Aşağı Şirvan kollektorlarında işlər mövsümə uyğun olaraq aparılır. Görülən işlər Mil-Qarabağ Aşağı Şirvan Kollektorlarının İstismarı İdarəsi tərəfindən reallaşdırılır. Məqsəd kollektor sistemlərini lildən və duzdan təmizləmək, şoranlaşmanın qarşısını almaq və torpaqların münbitləşməsinə töhfə verməkdir. Hazırda idarənin buldozer, ekskovator və digər texnikaları ərazilərdə bu prosesi həyata keçirir.

Milli.Az Real TV-yə istinadən xəbər verir ki, idarənin balansında olan beş ədəd nasos stansiyada, hidrotexniki qurğularda və kollektor-drenaj şəbəkələrində cari təmir işləri uğurla davam edir. Kollektorların mütəmadi olaraq təmizlənməsi torpaqların keyfiyyətinin aşağı düşməsinin qarşısını alır. Görülən işlər nəticəsində Mil-Qarabağ və Aşağı Şirvan Kollektorlarının İstismarı İdarəsinin xidməti sahəsində olan rayonlarda, uzun illər əkin üçün istifadəyə yararsız torpaqlara taxıl, qarğıdalı, tərəvəz, bostan və digər bitkilər əkilib və bol məhsul əldə edilib.

Qeyd edək ki, Mil-Qarabağ və Aşağı Şirvan Kollektorlarının İstismarı İdarəsi ölkənin altı rayonuna-Yevlax, Bərdə, Ağcabədi, Kürdəmir, Zərdab və Ağsu rayonlarına xidmət edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.