Azərbaycanda elektromobillərə maraq niyə azdır? - Ekspert SƏBƏBLƏRİ açıqladı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son illərdə bütün dünyada elektrormobillərə maraq birə-beş artıb. Bunun əsas səbəbi sözügedən avtomobillərin ekoloji cəhətdən daha zərərsiz olmasıdır.
Ölkəmizdə də, elektrormobillərdən istifadənin stimullaşdırılması istiqamətində müəyyən tədbirlər görülür. Lakin...
"Azərbaycanda elektrormobillərlə bağlı vəziyyət heç də ürəkaçan səviyyədə deyil", - deyə avtomobil eksperti Elməddin Muradlı Bizim.Media-ya verdiyi müsahibəsində fikirlərini bölüşüb.
Ekspert elektromobillərdən ölkəmizdə nadir hallarda istifadə olunmasına bir neçə səbəblə əlaqələndirib:
1. Vətəndaşların bu tip maşınlara inamı azdır. Çünki elektromobillər üçün, enerjidoldurma məntəqələri, servis xidmətləri, peşəkar usta kontingenti kimi həllini gözləyən məsələlər mövcuddur.
2. Onların ölkəyə gətirilməsi üçün rüsumlar da yüksəkdir və düşünürəm ki, bu ümumiyyətlə ləğv olunmalıdır. Bu vətəndaşların elektrik enerjisi ilə çalışan avtomobillərə marağını daha da artırar. Hazırda Azərbaycanda 100 min manatlıq maşın ölkəyə gətirildikdə 15 min manat vergi və rüsum tələb olunur.
3. Bu cür avtomobillərin qiyməti bahadır. "Tesla" kimi bahalı markaların avtomobillərinə bu qədər məbləğ ödəmək əhalinin böyük əksəriyyətinin cibinə uyğun deyil. Bu səbəbdən də, Azərbaycanda hibrid avtomobillərə daha çox üstünlük verilir. Onların əksəriyyətinin qiyməti isə, 12-20 min manat civarındadır. Eyni zamanda bundan daha yüksək məbləği ödəmək istəyən şəxslər, əksinə daha böyük mühərrik həcmi olan avtomobillərə yönəlirlər.
Elməddin Muradlı dünya təcrübəsindən örnəklər verərək, elektromobillərə marağın hansı metodlarla artırıla biləcəyinə də aydınlıq gətirib:
"Bizim qanunvericilikdə və Prezident İlham Əliyev tərəfindən imzalanmış inkişaf proqramında bu məsələ öz əksini tapıb; Elektromobillərin ölkəyə gətirilməsi stimullaşdırılmalıdır. Bunun üçün çox böyük güzəştlərə ehtiyac var. Dünya təcrübəsində stimullaşdırma istiqamətinə müxtəlif kreativ addımlar atılır və bu təcrübələri öyrənmək lazımdır. Məsələn, Almaniyada, İsveçrədə elektomobil aldıqda vətəndaşlara əlavə olaraq pul ödənilir ki, evlərinin yaxınlığında enerji doldurmaq üçün cihaz quraşdırsınlar. Bunun üçün lazımi məbləğ, bizim valyuta ilə təqribən 2 min manat civarındadır. Onun 1200 manata yaxın hissəsini dövlət ödəyir".
Ekspert elektromobillərlə bağlı iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərovun "İşğaldan azad olunmuş ərazilərdə əsasən elektrormobillərdən istifadə olunacaq" fikrini də yüksək qiymətləndirib.
Elməddin Muradlının fikrincə, bu istiqamətdə gec olmadan təbliğat və stimullaşdırıcı işlərin aparılması vacibdir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
YAP-ın altı rayon təşkilatında sədr dəyişikliyi olub (Foto)
-
Azərbaycanda at əti niyə geniş yayılmayıb?
-
Bakı-Naxçıvan reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salınıb
-
Dövlət qurumunun 32 yaşlı əməkdaşı öldü - (Foto)
-
Dəniz suyunun saçlara vurduğu zərər
-
Komendantın göstərişi ilə mühafizəçi sakinin avtomobilini həyətə buraxmaya bilər? - ARAŞDIRMA
XƏBƏR LENTİ
-
Bir stəkan çay müalicəni puç edə bilər
-
Ülfət çimərlik geyimində fotolarını paylaşdı
-
DÇ-2026: İspaniya 1/4 finala yüksəlib
-
Futbolçular niyə içdikləri mayeni tüpürürlər? – Bunun elmi səbəbi var - (Video)
-
Bakıda avtomobil iki yerə bölündü - xəsarət alanlar var - Yenilənib (Video)
-
Bir düymə ilə əlavə qurutma maşını dərdindən xilas olun
-
Mum və ülgüc yoxdur: Asiyalı qadınların tüklərdən xilas olma formulu
-
Unitazları əhəng daşı kimi ağardan üsul: Cəmi iki məhsul kifayətdir
-
Bu üsuldan sonra tomat pastası aylarla qalsa belə kiflənmir
-
Sumqayıtda zəncirvari qəza: xəsarət alanlar var (Foto)
-
Azərbaycan güləşçiləri Avropa çempionatında finala yüksəliblər
-
Anar Bayramov Səbuhi Həsənova yüksək vəzifə verdi
-
Yasamal və Nizami rayonlarında işıq olmayacaq
-
Günün qoroskopu: Şəxsi münasibətlərdə bir az səbirli olun
-
Yurgen Kloppdan Donald Tramp və FİFA-ya sərt reaksiya
-
Mesajınızı "oxundu" edib cavab verməyən insanların 4 ortaq xüsusiyyəti
-
Seyfəddin Rəhimov vəfat etdi
-
"İynə və dərmanlar arıqlamağa kömək etmədi"
-
Soyuducuya bir rulon tualet kağızı qoymağın faydası
-
Qarğıdalı ununda közlənmiş badımcan qızartması
-
Tramp: Rusiya və Ukrayna münaqişəni bitirmək istəyir
-
Liftə minən azyaşlıya qarşı zorakılıq edən şəxs saxlanıldı - VİDEO
-
"Yağlı dəriyə yağ çəkilməz" mifinin sonu: Sebumu jojoba ilə ram edin
-
Bakıda motoxuliqanlıq edən şəxs həbs olunub (Video)





