Mesajınızı "oxundu" edib cavab verməyən insanların 4 ortaq xüsusiyyəti
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Smartfonlar və ani mesajlaşma tətbiqləri həyatımızın ayrılmaz hissəsinə çevrilsə də, gətirdikləri "mavi ox" və ya "görüldü" funksiyaları insan münasibətlərində yeni böhranlara yol açır. Cavab gözlənilən bir mesajın cavabsız qalması qarşı tərəfdə şübhə, kənarlaşdırılma və rədd edilmə hissi yaradır. Psixoloqlar bu davranışı vərdiş halına gətirən insanların əslində oxşar xarakter strukturlarına malik olduğunu bildirirlər.
Milli.Az xəbər verir ki, mesaj göndərdiyiniz şəxsin mesajı oxuduğunu görmək, lakin heç bir cavab ala bilməmək... Rəqəmsal dövrün ən böyük gərginliklərindən biri olan "görüldü etmə" vərdişi psixoloqlar tərəfindən araşdırılıb. Mesajları "oxundu" kimi işarələyib sükuta bürünən insanların şəxsiyyət analizində ortaya çıxan 4 ortaq xüsusiyyət bunlardır:
Təxirəsalma meyili (Yorğunluq)
Bu insanların ən bariz ortaq xüsusiyyəti eyni anda çoxlu tapşırığı idarə etməyə çalışmaları və zehni olaraq tez yorulmalarıdır. Mesajınızı maraq etdikləri üçün dərhal açırlar, lakin həmin an başqa bir işlə məşğul olduqları və ya zehni enerjiləri tükəndiyi üçün "Buna sonra ətraflı cavab yazaram" deyərək təxirə salırlar. Psixoloqlar bildirirlər ki, bu, şəxsi düşmənçilikdən çox, müasir dünyanın gətirdiyi rəqəmsal yorğunluq və zəif zaman idarəçiliyi ilə bağlıdır.
Sosial narahatlıq və qaçınma davranışı
Mesajı oxuyub cavab verməyən bir çox insanın arxasında sosial anksiyete (həyəcan) və ya "qaçınma" yönümlü bir şəxsiyyət quruluşu dayanır. Xüsusilə mesajın məzmunu ciddi bir qərar, üzləşmə və ya məsuliyyət tələb edirsə, bu insanlar streslə dərhal üzləşmək əvəzinə, mesajı cavabsız buraxaraq özlərini qorumağa çalışırlar. Cavab verməyi gecikdirərək mümkün bir gərginlikdən və ya sosial qarşılıqlı münasibətdən qaçmağı bir müdafiə mexanizmi kimi istifadə edirlər.
Həddindən artıq mükəmməllik tələbi
Qəribədir ki, bu vərdişə sahib insanların bir qismi əslində sizə çox dəyər verdiyi üçün susur. Mükəmməllikçi bir quruluşa sahib olan bu şəxslər üstün-körpü, qısa və ya natamam bir mesaj yazmaqdan nifrət edirlər. Sizə ən düzgün, ən dəqiq və ən qüsursuz cavabı vermək istədikləri üçün uyğun zamanı və doğru sözləri tapana qədər mesajınızı "oxundu" vəziyyətində saxlayırlar. Lakin bu müddət uzandıqca, qarşı tərəfdə yaratdıqları narahatlığın fərqinə varmırlar.
Rəqəmsal sərhədlər qoymaq və texnologiyaya qarşı laqeydlik
Bu qrupdakı insanlar telefon kodlarına və rəqəmsal dünyanın yazılmamış qaydalarına qarşı ya çox laqeyddirlər, ya da bilərəkdən buna qarşı bir reaksiya formalaşdırıblar. Mesajın altındakı "Oxundu" ifadəsinin qarşı tərəfdə yaradacağı ağırlığı, şübhəni və ya nəzakət qaydasını önəmsəmirlər. Öz rahatlıqlarını, dincəlmə vaxtlarını və ya həmin an fokuslandıqları işi qorumaq üçün telefon ekranı ilə aralarına sərt və bəzən eqoist sərhədlər qoyurlar. Texnologiyanın onları kölələşdirməsinə icazə verməyərkən, fərqində olmadan ikili münasibətlərinə zərər vururlar.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Bir düymə ilə əlavə qurutma maşını dərdindən xilas olun
-
Mum və ülgüc yoxdur: Asiyalı qadınların tüklərdən xilas olma formulu
-
Bakıda avtomobil iki yerə bölündü (Video)
-
Unitazları əhəng daşı kimi ağardan üsul: Cəmi iki məhsul kifayətdir
-
Bu üsuldan sonra tomat pastası aylarla qalsa belə kiflənmir
-
Günün qoroskopu: Şəxsi münasibətlərdə bir az səbirli olun
XƏBƏR LENTİ
-
Bir düymə ilə əlavə qurutma maşını dərdindən xilas olun
-
Mum və ülgüc yoxdur: Asiyalı qadınların tüklərdən xilas olma formulu
-
Bakıda avtomobil iki yerə bölündü (Video)
-
Unitazları əhəng daşı kimi ağardan üsul: Cəmi iki məhsul kifayətdir
-
Bu üsuldan sonra tomat pastası aylarla qalsa belə kiflənmir
-
Sumqayıtda zəncirvari qəza: xəsarət alanlar var (Foto)
-
Azərbaycan güləşçiləri Avropa çempionatında finala yüksəliblər
-
Anar Bayramov Səbuhi Həsənova yüksək vəzifə verdi
-
Yasamal və Nizami rayonlarında işıq olmayacaq
-
Günün qoroskopu: Şəxsi münasibətlərdə bir az səbirli olun
-
Yurgen Kloppdan Donald Tramp və FİFA-ya sərt reaksiya
-
Mesajınızı "oxundu" edib cavab verməyən insanların 4 ortaq xüsusiyyəti
-
Seyfəddin Rəhimov vəfat etdi
-
"İynə və dərmanlar arıqlamağa kömək etmədi"
-
Soyuducuya bir rulon tualet kağızı qoymağın faydası
-
Qarğıdalı ununda közlənmiş badımcan qızartması
-
Tramp: Rusiya və Ukrayna münaqişəni bitirmək istəyir
-
Liftə minən azyaşlıya qarşı zorakılıq edən şəxs saxlanıldı - VİDEO
-
Portuqaliya - İspaniya: Heyətlər
-
"Yağlı dəriyə yağ çəkilməz" mifinin sonu: Sebumu jojoba ilə ram edin
-
Bakıda motoxuliqanlıq edən şəxs həbs olunub (Video)
-
“Qatar Airways”in təyyarəsi ehtiyat hava limanı kimi Bakıya eniş edib
-
Rutte: NATO Ukraynanı dəstəkləməyə davam edəcək
-
Anna Asti tək qalmaq üçün bir kəndi satın aldı





