YAP-ın altı rayon təşkilatında sədr dəyişikliyi olub (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İyulun 6-da Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib, partiyanın bir neçə rayon təşkilatının sədri dəyişib
Bu barədə Milli.Az-a Yeni Azərbaycan Partiyasından məlumat verilib.
Bildirilib ki, iclasda YAP Sədərək rayon təşkilatının sədri Arif Mikayıl oğlu Qasımovun, Şahbuz rayon təşkilatının sədri Rizvan Təmo oğlu Məmmədovun, Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəli oğlu Vəliyevin, Xaçmaz rayon rayon təşkilatının sədri Məhəmməd Müslüm oğlu Balaqadaşovun və Qusar rayon təşkilatının sədri David Nurəddin oğlu İbrahimxəlilovun təqaüd yaşına çatmaları ilə əlaqədar tutduqları vəzifədən azad olunmaları məsələsinə baxılıb və müvafiq qərarlar qəbul olunub.
YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov partiyanın təşkilatlanması və inkişafında mühüm xidmətləri olan həmin şəxslərin Heydər Əliyev ideyalarına daim sadiq olduqlarını vurğulayaraq bundan sonra da Ulu Öndərin zəngin dövlətçilik irsinin gənc nəslə aşılanması, Prezident İlham Əliyevin siyasətinin təbliği yolunda bilik, bacarıq və səylərini əsirgəməyəcəklərinə, həmçinin öz təcrübələri ilə rayon təşkilatlarının işinə yaxından dəstək verəcəklərinə əminliyini ifadə edib, onlara xatirə hədiyyələrini təqdim edib.
Daha sonra İlqar Süleyman oğlu İlyasovun partiyanın Qaradağ, Vüsalə Abazər qızı Əliyevanın Sədərək, Nicat Zaur oğlu Ələkbərovun Şahbuz, Zamir Sadəddin oğlu Güvəndiyevin Şəmkir, Emil Nəcəf oğlu Tağıyevin Xaçmaz və Kamran Miran oğlu Əmirovun Qusar rayon təşkilatına sədr təyin edilməsi məsələsinə baxılıb.
YAP Sədrinin müavini Əli Əhmədov, İdarə Heyətinin üzvləri Hikmət Məmmədov və Azər Badamov çıxış edərək namizədliyi irəli sürülən şəxslərin bu vəzifəyə layiq olduqlarını bildirib və onlara fəaliyyətlərində uğurlar arzulayıblar.
Müzakirələrdən sonra müvafiq qərarlar qəbul olunub.
Yeni təyin olunmuş şəxslər göstərilən etimada görə partiyanın Sədri, Prezident İlham Əliyevə dərin təşəkkürlərini ifadə edərək öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün çalışacaqlarını bildiriblər.
Daha sonra cari məsələlərlə bağlı müzakirələr aparılıb və müvafiq qərarlar qəbul olunub.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
YAP-ın altı rayon təşkilatında sədr dəyişikliyi olub (Foto)
-
Azərbaycanda at əti niyə geniş yayılmayıb?
-
Bakı-Naxçıvan reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salınıb
-
Dövlət qurumunun 32 yaşlı əməkdaşı öldü - (Foto)
-
Dəniz suyunun saçlara vurduğu zərər
-
Komendantın göstərişi ilə mühafizəçi sakinin avtomobilini həyətə buraxmaya bilər? - ARAŞDIRMA
XƏBƏR LENTİ
-
"Yağlı dəriyə yağ çəkilməz" mifinin sonu: Sebumu jojoba ilə ram edin
-
“Qatar Airways”in təyyarəsi ehtiyat hava limanı kimi Bakıya eniş edib
-
Rutte: NATO Ukraynanı dəstəkləməyə davam edəcək
-
Anna Asti tək qalmaq üçün bir kəndi satın aldı
-
Qaqik Tsarukyan saxlanıldı
-
Bakıda küçədə təhlükəli vəziyyət - (Video)
-
Mərdəkanda bir ailənin 4 üzvü dənizdə batıb: 2-si xilas edilib, 1-nin meyiti tapılıb
-
UEFA İnfantinoya rəqib axtarılır
-
Tramp: İranda rejim dəyişikliyi axtarışında deyiləm
-
Aila Ray qəzadan 1 il 7 ay sonra yeriməyə başladı (Foto)
-
YAP-ın altı rayon təşkilatında sədr dəyişikliyi olub (Foto)
-
İllər "Hababam sınıfı"nın aktyorunu belə dəyişdi (Foto)
-
Dünya çempionatının oyununa bilet səkkiz milyon dollara satılır
-
Kiyev "İsgəndər"lə vuruldu: 15 ölü, 56 yaralı var - Yenilənib
-
Rihananı toya çağırmaq istəyən cütlük mat qaldı - 10 milyon istəyir
-
Sabah Balaxanıda qaz olmayacaq
-
Serj Sarkisyanın 1,7 milyon dollarlıq əmlakı müsadirə edilib
-
Leyla Əliyeva Qəbələdə fərdi sərginin açılışında və ağacəkmə aksiyasında iştirak edib (Foto)
-
FHN küləklə əlaqədar çimərliklərə gedənlərə müraciət edib
-
Hövsanda xəsarətlə nəticələnən qəzanın anbaan (Videosu)
-
Mənimsəmə işində maraqlı hökm: Sabiq rəis cərimələndi, mühasib həbs edildi
-
İlham Əliyev ARDNF-in ötənilki büdcəsinin icrasını təsdiq edib
-
Ramiz İdrisoğlu yeni vəzifəyə təyin olundu
-
Antalyada gözəlləşmək istəyən qadını görün nə günə saldılar - (Foto)





