İdman

Dünya çempionatının oyununa bilet səkkiz milyon dollara satılır

6 İyul 2026 19:47
Baxış: 391
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Futbol üzrə dünya çempionatının (DÇ-2026) 1/4 final mərhələsi çərçivəsində keçiriləcək İngiltərə - Norveç matçına bilet 8 milyon dollara satışa çıxarılıb.

Milli.Az xəbər verir ki, satışda daha ucuz biletlər olsa da, ümumilikdə Bakı vaxtı ilə iyulun 12-nə keçən gecə Mayamidə baş tutacaq oyunun biletləri dünya çempionatları tarixinin rekordlarını qırır.

Belə ki, birinci kateqoriyalı biletlərin qiyməti 3 200 dollardan başlayaraq artıq qeyd olunan 8.05 milyon dollara qədər dəyişir. Matçı ikinci kateqoriyalı yerlərdən izləmək 103 500 dollara başa gələcək, üçüncü kateqoriyalı yerlər üçün isə qiymətlər 2 900 dollarla 57 500 dollar arasında dəyişir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.