Cəmiyyət

Rəsul Quliyev Bakıya qayıdır?

7 Dekabr 2021 12:46
Baxış: 9 668
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Milli Məclisin eks-spikeri, keçmişdə Azərbaycan müxalifətinin liderlərindən biri, mühacirətdə olan Rəsul Quliyev Azərbaycana qayıtmasını istisna etməyib.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, jurnalistlərə müsahibəsində o, istədiyi vaxt Azərbaycana qayıda biləcəyini, lakin vətənində nə edəcəyini bilmədiyini bildirib.

"Düşünürəm ki, nə vaxt istəsəm geri qayıda bilərəm. Bu barədə düşünürəm. Mən oturub danışanlardan deyiləm. Ehtiyac olanda gələcəm. Bəlkə on beş günə gələcəm. Vətən sevgisi orada yaşamaqla bağlı deyil. Hətta mühacirətdə olsam da, mən Azərbaycanın əhalisinin 90 faizindən çoxunu sevirəm", - deyə eks-spiker bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.