Cəmiyyət

Qoz ağacından yıxıldı, ağır yaralandı

5 Dekabr 2021 19:51
0 Şərh     Baxış: 828
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Zaqatala rayonunda 27 yaşlı gənc bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Danaçı kəndində baş verib.

Kənd sakini 1994-cü il təvəllüdlü İslam Həmzət oğlu Halmaqov qoz ağacından yıxılıb. Bədbəxt hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan İ. Halmaqov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. İlkin müayinə zamanı İ. Halmaqova boyun və bel fəqərəsinin sınığı diaqnozu qoyulub, vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.