Cəmiyyət

30 noyabr şəhidlərinin ailələrinə bu ödənişlər veriləcək - Nazir açıqladı

3 Dekabr 2021 21:30
1 Şərh     Baxış: 1 300
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Noyabrın 30-da helikopter qəzasında həlak olan hərbçilərin ailələri sosial dəstək tədbirləri ilə əhatə olunacaq.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

"Şəhid statusu üçün nəzərdə tutulan bütün ödənişlər - müavinət, kompensasiya, pensiya, təqaüdlər onlara da ödəniləcək. Mənzil, avtomobil təminatı həyata keçiriləcək.  

Eyni zamanda, bu ailələrin ehtiyaclarının qarşılanması üçün dövlət tərəfindən irəli sürülən bütün alətlərdən istifadə olunacaq. Artıq nazirliyin Dövlət Sosial Müdafiə Fondu bu istiqamətdə işlərə başlayıb.

Bu ailələrin sənədlərinin toplanmasına başlanılıb", - nazir qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.