Şou-biznes

Xalq artisti: "Qızıma "Instagram" və "Tik-Tok"u qadağan etmişəm"

29 Noyabr 2021 13:36
3 Şərh     Baxış: 1 715
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq artisti Məleykə Əsədova sosial şəbəkələri tənqid edib.

Milli.Az Azxeber.com-a istinadən xəbər verir ki, Əməkdar artist Sənubər İsgəndərlinin "Sənətdən kənar" proqramına qatılan ifaçı sosial şəbəkələrin sənəti ucuzlaşdırdığını və insanları tamamilə dəyişdiyini bildirib.
Əsədova yeganə övladı Gülərə feysbuk, instaqram və tik-tok kimi sosial şəbəkələrə girməyə icazə vermədiyini deyib:

"Sosial şəbəkələr sadəcə sənəti ucuzlaşdırmadı, eyni zamanda insanları da dəyişdi. Şəxsən mən qızıma tik-tok, feysbuk və instaqrama girməyə icazə vermirəm.

Özü də bilir ki, anası onun o platformalardan istifadə etməsini istəmir. Mən razı deyiləm ki, qızım sosial şəbəkələrdən istifadə etsin. Nə öyrənəcək mənim övladım oradan? Yaxşısı budur, çoxlu kitablar oxusun, oradan lazımi biliklər əldə etsin".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.