Şou-biznes

Afaq studiyada hər kəsi ağlatdı - VİDEO

26 Noyabr 2021 16:30
1 Şərh     Baxış: 9 190
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aparıcı Afaq Gəncəli "Təsir dairəsi" verilişində qonaq olub.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, proqrama eşitmə problemi olan və aparat almağa gücü çatmayan uşağın hekayəsi aparıcını göz yaşına boğub.

Afaq ailənin ehtiyacı olan 3 min manatı verəcəyini deyib və kövrəlib.

Proqramın aparıcısı Lalə Azərtaş həmkarının illər əvvəl övladını itirdiyini və həssas olduğunu deyib:

"Afaqı iki-üç gün əvvəl çağırmışdım, istəməzdim bu gün gəlsin. Allah Afaqın gül balasına rəhmət eləsin. İçimizdən gedən bir baladır. O, noyabrda dünyasını dəyişmişdi. Afaqı hava limanında qarşılamağımızı, onun çəkdiyini xatırlayıram".

Qeyd edək ki, Afaqın oğlu Qədirxan 2015-ci ilin noyabrında dünyasını dəyişib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.