Şou-biznes

II Albert tədbirlərə niyə knyaginyasız qatılır? - FOTOlar

22 Noyabr 2021 11:24
0 Şərh     Baxış: 711
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Monakonun Milli Günü münasibətilə kral ailəsi sarayda təntənəli tədbir keçirib.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, mərasimdə knyaz II Albert əkizləri Qabriella və Jakla birlikdə iştirak edib.

Knyaginya Şarlen isə parada qatılmayıb. Bundan əvvəl Afrikaya gedən və uzun müddət Monakoda olmayan Şarlen yenicə saraya qayıtmışdı. Yarım il orada qalan knyaginyanın geri qayıtmasına onun xəstəliyi mane olub.

Geri qayıtdıqdan sonra isə onun səhhəti yenidən pisləşib. Bu haqda II Albert açıqlamasında deyib. O bildirib ki, həyat yoldaşı yenidən xəstəxanaya yerləşdirilib. Buna görə də onun uzun müddət ölkədə keçiriləcək böyük tədbirlərə qatılmasına icazə verilmir.

Övladları kağıza "Ana, sənin üçün darıxırıq" yazısını yazaraq, paradda əllərində tutublar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.