Şou-biznes

Britni Spirs anasını həbsə yollamağa hazırlaşır - VİDEO

19 Noyabr 2021 14:12
0 Şərh     Baxış: 1 653
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

14 illik qəyyumluqdan azad olan məşhur amerikalı müğənni Britni Spirs bundan sonra qohumlarından yaşadıqlarının əvəzini çıxacağını deyib.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə o, özünün "Instagram" hesabında xəbər verib.

İfaçı başına gələnlərin çox alçaldıcı olduğunu bildirib:

"Heç vaxt nağd pul görmədiyim və maşın sürə bilmədiyimi paylaşmağın nə qədər utancverici olduğunu anlayıram. Düzünü desəm, hər gün səhər yuxudan duranda ailəmin və qəyyumların etdikləri hələ də məni heyrətə gətirir", - deyə əlavə edib.

Yaşadığı bütün ağrıları tam paylaşmadığını deyən Britni bunu ona edənlərin cəzalandırılmalı olduğunu vurğulayıb.

"Onlar həbsxanaya düşməlidirlər. Bəli! O cümlədən, mütəmadi kilsəyə gedən anam da! Mən ailəmdə asayişi qorumağa və susmağa adət etmişəm. Ancaq bu dəfə yox... Mən unutmamışam və ümidvaram ki, onlar mənim əslində nəyi nəzərdə tutduğumu anlayacaqlar", - deyə məşhur ifaçı sözlərini yekunlaşdırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.