Şou-biznes

Bella: "Hər şey göründüyü kimi deyil"

10 Noyabr 2021 18:12
Baxış: 1 032
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyaca məşhur top model Bella Hadid sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.

Milli.Az azxeber.com-a istinadən xəbər verir ki, 25 yaşlı məşhur model son bir neçə ildə demək olar ki, "hər gün" və "hər gecə" ağladığını açıqlayıb.

Bella Hadid "Instagram" hesabından paylaşımı ilə hər kəsi təəccübləndirməyi bacarıb. Göz yaşları içində sosial şəbəkə hesabından bir neçə foto paylaşan model sosial şəbəkənin real həyat olmadığını izləyicilərinə xatırladıb.

İnstaqramda 47 milyondan çox izləyicisi olan Bella Hadid Will Smith-in problemlərini açıqladığı videonun altına "Səni və sözlərini sevirəm" yazdıqdan sonra ağlı və həyatı ilə bağlı gerçəkləri bu cümlələrlə izah edib:

"İnsanlar unudurlar ki, hər kəs əsasən eyni hisslər keçirir: itirilmiş, çaşqın, niyə burada olduqlarına tam əmin deyillər. Bu narahatlıqdır, hamı bunu hiss edir və birtəhər onu ört-basdır etməyə çalışır. Biz qüsurlarımızda bir araya gələcəyik. Güvənsizliyimizdə, sevincimizdə, xoşbəxtliyimizdə hər şeyi gözəl və təbii qəbul edək. Hər şey göründüyü kimi deyil. Biz yaxşı olacağıq."

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.