Şou-biznes

"Keçmişlərini unudublar" - Afaq Gəncəli

4 Noyabr 2021 16:54
1 Şərh     Baxış: 2 672
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"İllər, zaman keçir. Gözünün önündə vaxtilə çalışdığın, tanıyıb, bildiyin bəzi məşhurlar işıq sürəti ilə dəyişirlər. Bəziləri yaxşı tərəfə, bəziləri pis tərəfə... Bəziləri unutqan olurlar, keçmişləri haqda".

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli "Səhər mərkəzi" proqramında deyib. O, ad çəkmədən bəzi sənət adamlarını tənqid edib:

"Bəziləri unutmur, keçmişini gözünün önünə gətirib, addımlayırlar. İkibaşlı danışdım. Pambıqla baş kəsmirəm. Amma hərdən tərəddüd içində qalıram. Bir vaxtlar açıqsözlü olan insanlar bir də görürsən ki... Normal sözdür, insan böyüdükcə, yaşa dolduqca dediyi sözlərin arxasında durmağı bacarır. Məsuliyyətini anlayır.

Aparıcısansa, bilirsən ki, aparıcının boynuna nə düşür. Sənə verilən sualları sənətinə görə aparıcı kimi cavablandırırsan. İlk əvvəl tam rahat ixtiyar verirsən ki, sənə hər cür sual versinlər, şəxsi həyatına daxil olsunlar. Qarşı tərəf də bunu edir. Amma sonra başlayır imkan verməməyə. Onda qalırsan belə...".

Qeyd edək ki, Afaqın ötən gün proqramda qonaq olan müğənni Ayan Babakişiyevaya şəxsi həyatı ilə bağlı verdiyi sual müzakirələrə səbəb olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.