Şou-biznes

Rusiyanın məşhur qrupu dağıldı

2 Noyabr 2021 20:24
0 Şərh     Baxış: 771
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın məşhur "Artik & Asti" qrupu dağılıb. 

Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə musiqi qrupun rəsmi instaqram səhifəsində məlumat verilib. 

Qeyd olunub ki, bu il "Artik & Asti"nin 10 yaşı tamam olmalı idi, lakin solist Anna Dziuba həmin tarixi gözləməyib və qrupdan ayrılmaq qərarına gəlib. 

İndi Dziubanın solo karyerası var və onun keçmiş partnyoru Artyom Umrixin mahnı yazmağa davam edəcək və yeni istedadların üzə çıxmasına kömək edəcək. 

O, həmçinin "Artik & Asti" qrupunun yoxa çıxmayacağını, əksinə, yeni heyətlə işləməyə davam edəcəyini bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.