Şou-biznes

Asena unudulmaq üçün məhkəməyə müraciət etdi

2 Noyabr 2021 20:00
0 Şərh     Baxış: 1 513
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyəli məşhur rəqqasə Asena Hasan Dere adlı bəylə 2017-ci evlənərək həyatını dəyişdirməyə qərar verib. 

Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçi bu dəfə atdığı addımla gündəmə gəlib. O, unudulmaq üçün məhkəməyə müraciət edib.

İstanbul Növbətçi Sülh Cəza Hakimliyinə müraciət edən Asena "Uşaq dünyaya gətirmək üçün müalicə alıram. Keçmişimdəki xəbərlər mənə zərər verir, buna görə də sildirmək istəyirəm", - deyib.

Ərizədə "Keçmiş xəbərlərim həyat yoldaşımla aramızda problemə səbəb olur" sözləri də qeyd edilib.

Məhkəmə xəbərlərin 10 il müddəti keçdiyi üçün unudulma haqqı qazandığını bildirib və rəqqasənin tələbini qəbul edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.