Şou-biznes

Məryəm Üzərli "Möhtəşəm 100 il"dən belə gedib

3 Noyabr 2021 02:33
0 Şərh     Baxış: 1 718
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Məryəm Üzərlinin "Möhtəşəm 100 il"dən getməsi sürpriz oldu. Böyük qardaşı işə qarışdı, başqaları da müdaxilə etməyə çalışdı, amma mən dedim ki, bitdi, artıq geri dönüşü yoxdur".

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu sözləri məşhur prodüser Timur Savcı Simge Fıstıkoğlunun yutub kanalında deyib. O bildirib ki, serialın ən önəmli hissələrində Məryəmin layihəni tərk etməsi bütün heyətə və tamaşaçılara qarşı sayğısızlıq, ərköyünlükdür.

Xatırladaq ki, aktrisa Məryəm Üzərli 2013-cü ildə tükənmişlik sindromu adı ilə layihəni gözlənilmədən tərk etmişdi. Bu hadisə manşetlərdə "Hürrəm tükəndi" başlığı ilə getmişdi. Yeri gəlmişkən, ondan bəri aktrisa uzunmüddətli layihələrdə iştirak etməyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.