Şou-biznes

"Fəxri ad almaq üçün heç vaxt mədəniyyətə xidmət etməmişəm" - əməkdar artist

22 Oktyabr 2021 19:12
0 Şərh     Baxış: 4 545
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Doğrusu, ölkə başçısı tərəfindən "Tərəqqi" medalıyla təltif olunmağım gözlənilmız oldu. Bülbül adına musiqi məktəbində dərsdəydim və gördüm ki, mənə çox mesajlar gəlib və daha sonra mərhum bəstəkarımız Tahir Əkbərin həyat yoldaşı zəng vurub təbrik etdi. Dedi ki, "Tərəqqi" medalıyla təltif olunmusunuz. Mən də dedim ki, ola bilməz. Dedi ki, yox, bu dəqiqə onu oxudum. Bu xəbərdən sonra bildim ki, mənə ölkə başçısı tərəfindən "Tərəqqi" medalı verilib"
 
Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında Əməkdar artist Nuriyyə Hüseynova deyib. Xanəndə heç vaxt fəxri ad və təltif üçün mədənəyyətimizə xidmət etmədiyini və sənətini çox sevdiyini bildirib:
 
"Mən fəxri ad və təltiflər almaq üçün heç vaxt mədəniyyətə xidmət etməmişəm. Öz mədəniyyətimizi, sənətimi çox sevdiyim üçün həmişə bu sənətdən zövq almışam. Böyük layihələrim olub, istər Heydər Əliyev adına Sarayda, istər Muğam Mərkəzində, istərsə də dünya səhnəsində Azərbaycan musiqiylə bağlı çox böyük işlərim olub. Dünyanın yarısından çoxunu gəzib, mədəniyyətimizi təbliğ etmişəm. Sənətimi çox sevirəm və elədiyim işlərdən zövq alıram, bu məni yaşadır, ruh verir. 
 
Düşünməmişəm ki, mənə fəxr ad versinlər və bununla da işimi bitirib, canımı qurtarım. Artıq Xalq artisti fəxri adı alacağımı gözləyirdim, çünki zaman gəlib çatıb. Bu adı mən haqq edirəm. Musiqi bayramında bu olmadı və düşündüm ki, gələn il  olar. Deyirdim ki, fəxri ad versələr də, verməsələr də sağ olsunlar. Amma bu oldu və baxdım ki, siyahıda adım var. Dostlarım məni təbrik elədi, o gündən bu günə telefonum susmur. Bütün insanlar məni təbrik edir. Bu medalın özü də sənin sənətinə verilən dəyərdir, qiymətdir. Ölkə başçısının imzasıyla olan medaldır və bu mənim üçün çox qiymətlidir. İnsanların, xalqın sevgisi məni çox ruhlandırır, yeni, gözəl işlərə sövq edir. Hələ təbrik mesajlarının çoxuna cavab verə bilməmişəm. 
 
Ən gözəl şey xalqın sevgisini qazanmaqdır. Vətənimiz, ölkəmiz sağ olsun. Mükafatlar olsa da, olmasa da sənətini, işini görüb insanlar qiymət verirlər. Hər kəs təltif olunmasını istəyir. Bu çox gözəl bir işdir ki, sənin sənətinə dəyər verilir. Ən vacibi insanın ruhunun, canının sağlığdır və  üstəlik böyük bir sevinc yaşamışıq, torpaqlarımız işğaldan azad olunub, onun sevincini bir ildir ki, yaşayırıq. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm, qazilərimizə can sağlığı arzulayıram. Vətənimiz, dövlətimiz sağ olsun. Pandemiyaya görə bir çox işlərimiz yarımçıq qalmışdı və icazə veriləndən sonra bu işləri həyata keçirməyə başlamışıq. Bununla bağlı bir çox səfərlərim də var".

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.