Şou-biznes

Evsiz qalan müğənni maşınını da satdı: "23 ildir kirayədə qalıram"

15 Oktyabr 2021 18:00
3 Şərh     Baxış: 11 742
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Vüqar Muradov pulsuzluqdan gileylənib.

Milli.Az xəbər verir ki, lent.az-a açıqlama verən ifaçı bildirib ki, bu günə qədər ev ala bilməyib:

"23 ildir kirayədə qalıram. Onun 2 ilini yataqxanada qalmışam. Ev almaq qismətim olmayıb. Bir dəfə əlimdə pul var idi, ilkin ödəniş üçün verdim, pulu alıb məni aldatdılar. Evi bir neçə adama satmışdılar. Güclə verdiyim pulun yarısını bir müddət sonra ala bildim. Ondan sonra heç nə ala bilmədim. 

Pandemiyadan öncə bir maşınım var idi. Qiyməti 18-19 min idi. Maşından başqa heç nəyim yox idi. Onu da satdım, 6-7 minlik maşın aldım. Yerdə qalan pulu da pandemiyada gündəlik yaşamım üçün xərclədim. Maşınım da xarab olub, ustadadı. Bir sözlə, ilyarımdır taksilərdə gəzirəm. İmaknım o qədər olmasa da, dünyanın ən varlı insanıyam. Çünki tarixi qələbəni yaşadım". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.