Şou-biznes

Alim Qasımov Nazpəri ilə 30 minlik borc qalmaqalından DANIŞDI

14 Oktyabr 2021 18:42
2 Şərh     Baxış: 2 325
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Alim Qasımov ötən gün xalq artisti Nazpəri Dostəliyevanın qohumu ilə aralarındakı 10 illik borc söhbətinə münasibət bildirib.

Milli.Az xəbər verir ki, oxu.az-ın müxbirinin suallarını cavablandıran Alim Qasımov 10 il bundan əvvəl olan məsələni kimin yenidən qaldırdığını bilmədiyini deyib:

"Onlar özləri qohumdur. Qohumluq əlaqələri çərçivəsində kim kimdən nə alıb, kim kimlə şərik olub bilmirəm. Mənim bu söhbətlərdən heç bir xəbərim yoxdur".

Qeyd edək ki, N.Dostəliyeva yerli mətbuata açıqlamasında Alim Qasımovun əmisi oğlu Yusif adlı şəxsin 10 il bundan əvvəl biznes qurmaq məqsədilə ondan 30 min dollar məbləğində borc aldığını deyib. O bildirib ki, həmin şəxs hələ də onun borcunu qaytarmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.