Şou-biznes

Müğənni atasının qəyyumluğundan azad olub - FOTO

1 Oktyabr 2021 11:08
0 Şərh     Baxış: 1 085
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Amerikalı məşhur ifaçı Britni Spirs atasının qəyyumluğundan azad olub. ABŞ məhkəməsi bununla bağlı qərar verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məhkəmə zamanı Britninin vəkili Metyu Rozenqart ifaçının atası Ceyms Spirsi "qəddar, toksik və təhqiramiz bir insan" adlandırıb.

"O, atasının onun həyatından yox olmasını istəyir. Britni səhərlər qəyyum atası olmadan oyanmağa layiqdir", - deyə hüquqşünas bildirib.

Rosenqart həmçinin Ceyms Spirsi müğənninin yataq otağına səsyazma cihazı qoymaqda da ittiham edib.

Pərəstişkarları ifaçının atasının qəyyumluğundan azad olmasını böyük coşqu ilə qarşılayıb.

Bununla belə, amerikalı pop müğənni nəzarətdən tamamilə azad edilməyib. Məhkəmə ona müvəqqəti qəyyum təyin edib. Bu, mühasib Con Zabeldir - o, ifaçının maddi vəziyyətindən məsul olacaq.

Ehtimal ki, ilin sonuna qədər başqa bir dinləmə keçiriləcək və orada Spirsin qəyyum nəzarətindən tamamilə çıxarılması məsələsinə qərar veriləcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.