“Dünyada yeganə xalqıq ki, müharibənin başlamasına sevindik“ - Mənsum İbrahimov
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq bu gün Azərbaycanda Anım Günü qeyd edilir.
Milli.Az yenisabah.az-a danışan Xalq artisti Mənsum İbrahimov Anım Gününü zəfər və iftixar günü kimi qeyd etdiyini bildirib:
"Biz bu günü 30 ildir ki, gözləyirdik, düz 30 il idi ki, yurdumuza həsrət qalmışdıq. Həmişə işğal olunan ərazilərimizin yaxınlığındakı kəndlərə gedirdik, oradan o taya, Şahbulaq Qalasına baxırdıq və qayıdıb gəlirdik. Ora keçə bilmirdik, hər zaman Ali Baş Komandanımızın verəcəyi bu qərarı gözləyirdik. Keçən ilin bu günü Ali Baş Komandanımız bu əmri verdi, hər kəs sevindi. Bəlkə də dünyada yeganə xalqıq ki, müharibənin başlamasına sevindik. Dünyada müharibəyə heç kim sevinmir, amma biz 30 il bu günü gözləmişdik ki, torpaqlarımızı azad edək. Sevincimizin səbəbi də məhz bu idi, 44 günü də həyəcanla izlədik. Keçən ilin bu günü Azərbaycan Zəfər tarixinin başladığı gündür. 44 gün ərzində igidlərimiz Qarabağda tarix yazdılar. Mən bütün şəhidlərin ruhu qarşısında, qazilərimiz, müzəffər ordumuz qarşısında baş əyirəm, onlar bizə bu zəfəri yaşatdılar. Biz bundan sonra qalib, zəfər çalmış bir ölkə kimi yaşayacağıq. İnşallah, Qarabağımızı tezliklə qurub, oraya qayıdacağıq. Biz orada əbədi olaraq fəaliyyətimizə başlayacağıq".
Xatırladaq ki, bu gün saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. Axşam saatlarında isə xüsusi işıqlandırma ilə bir sıra binalarda, o cümlədən Heydər Əliyev Mərkəzinin binasının və "Alov qüllələri"nin üzərində Azərbaycan bayrağı əks olunacaq. Mərkəzi və yerli icra hakimiyyəti strukturları tərəfindən gün boyu silsilə tədbirlər təşkil ediləcək, eləcə də xarici ölkələrdə anım mərasimləri keçiriləcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bazar gününün hava proqnozu açıqlandı
-
Qaradağda vulkan püskürməsi ilə bağlı rəsmi açıqlama - (Yenilənib)
-
Xəzərdə həlak olan qazaxıstanlı hərbçilərlə vida mərasimi keçirilib
-
Bu qış Ukraynanı fəlakət gözləyir
-
"Formula-2" üzrə Azərbaycan Qran-prisində qaliblər mükafatlandırıldılar - (Yenilənib)
-
Prezident İlham Əliyevin iştirakı ilə “Minkənd” Kiçik Su Elektrik Stansiyasının onlayn formatda açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyulub - (Foto)
-
Laçında traktor minaya düşüb
-
Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur
-
FİFA-dan “Fənərbağça”ya transfer qadağası
-
İranda avtobus qəzası: 11 nəfər öldü, 24 nəfər yaralandı
-
Bakıda 10 min manatlıq elektrik naqili oğurlanıb
-
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - (Foto)
-
Azərbaycan neftinin qiyməti 123 dollara düşdü
-
“Şaftalı” yükündən külli miqdarda narkotik aşkarlandı - (Video)
-
Polis ötən gün 57 nəfəri saxlayıb
-
Prezident İlham Əliyev: ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür
-
Millətlər Liqasında günün mərkəzi oyunu: İngiltərə - İspaniya
-
AIIF 2026-da iştirak edən qurumların idarə etdikləri aktivlərin ümumi həcmi 30 trilyon ABŞ dollarına çatır
-
Prezident İlham Əliyev Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqlayıb
-
Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim - “Global Infrastructure Partners”in təsisçisi
-
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
-
Evdə köhnə 2 qəpik varsa, yoxlayın - Bu sikkə 4 min manata satılıb - (Foto/Video)
-
Prezident İlham Əliyev: Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür
-
Zlatan Ibrahimoviçdən Arda Güler barədə: “Hər dəfə onu seçərdim”





