Tanınmışların Anım Günü ilə bağlı paylaşımları
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün Azərbaycanın Vətən müharibəsinə başlamasından 1 il ötür. Bununla bağlı sosial şəbəkələrdə müxtəlif paylaşımlar edilib, şəhidlərin xatirəsi anılıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, tanınmış simalar da anım günü ilə bağlı paylaşımlar ediblər.
Xalq artisti Zülfiyyə Xanbabayeva "Bizdən sonra gələcək nəsillər üçün də əsrlər boyu yaddaşlarda qalacaq tarix yazdılar! Qəhrəmanlarımızı dünyaya gətirən analarımıza bir ömür boyu minnətdarıq. Allah sizə səbir versin. Şəhidlərimizə rəhmət eləsin!" deyə, paylaşımında yazıb.
Xalq artisti Aygün Kazımova "Vətən uğrunda canından keçən şəhidlərimizi hörmət və ehtiramla anırıq! Xalqımıza zəfər yaşadan qəhrəmanlarımızın ruhları qarşısında baş əyirik. Allah şəhidlərimizə rəhmət eləsin" sözləri ilə şəhidlərin xatirəsini anıb.
Xalq artisti Brilliant Dadaşova isə paylaşımında bunları qeyd edib:
"1 il keçdi... Çox ağır, kədərli günlər yaşadıq. Biz artıq ikinci dəfə müharibə yaşayırdıq. Artıq ürəyimizin yağı qalmamışdı. Çatlarla, çapıqlarla dolu ürəyimizdə Birinci Qarabağ müharibəsinin qorxusu var idi: Uğursuzluq qorxusu. Ali Baş Komandan İlham Əliyev, bizi qalib xalqa çevirdiyiniz üçün bu vətən sizə daima minnətdar olacaq. Həm birinci, həm də ikinci Qarabağ müharibəsində şəhid olan oğullar, yaralanan, həyatı faciəyə çevrilmiş bacı və qardaşlarımız, körpə balalar heç vaxt unudulmayacaq".
Xalq artisti Röya Ayxan isə paylaşımına "Düz bir il əvvəlin bu günü ordumuz tarix yazmaq üçün cəbhəyə yollandı. Qürurverici haldır ki, onlar 30 ilə yaxındır həsrətini çəkdiyimiz işğal altında olan torpaqlarımızı sonunda bizə qaytardılar. Bu uğurda iştirak etmiş, zəfər qazanmağımızda adı olan şəhidlərimizi yad edirik! Qazilərimizə şəfa, şəhid analarına səbr diləyirik. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!" sözlərini əlavə edib.
Müğənni Elvin Abdullayev "Haqqınız ödənməz, nə etsək belə... Allahdan hər birinizə ruhunuz şad olsun deyirəm. Hər birinizi sevgiylə, ehtiramla anırıq, dəyərli qardaşlarımız!" sözlərini yazıb.
Müğənni Roza Zərgərli də sosial şəbəkədə bunla bağlı paylaşım edib. İfaçı "Bayraqları bayraq edən üstündəki qandır, Torpaq əgər uğrunda ölən varsa, Vətəndir! 27 sentyabr öz qanı, canı bahasına əzəli torpaqlarımızı bizə geri qaytaran qəhrəmanlarımızın - şəhidlərin anım günüdür. Bu gün həm də bizim üçün qürur yeri hesab olunan, alnımızı açıq, üzümüzü ağ edən, xarıbülbülü düşmən tapdağından azad edən, Cıdır düzünü, İsa bulağını bizə qaytaran 44 günlük müharibənin başlandığı tarixdir. Bütün bu sadaladıqlarımıza görə biz sizə borcluyuq, əziz Vətən övladları! Ruhunuz şad olsun!" deyə, bildirib.
Xalq artisti Məleykə Əsədova isə "Qarabaq Azərbaycandır! Şəhidlərimiz, qəhrəmanlarımız, igidlərimiz, yaddaşlarda, qəlblərdə ömürlük yaşayacaqsınız! Şəhidlərimizin ruhu qarşısında baş əyirəm! Bu igid oqulları dünyaya gətirən anaların qarşısında baş əyirəm. Azərbaycanımızı, rəşadətli ordumuzu, Ali Baş Komandanımızı, əsgərlərimizi Allah qorusun" sözləri ilə paylaşım edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İlkin Həsənidən bloqer xanımına bahalı hədiyyə - (Video)
-
Azər Aydəmir özünə yeni iş tapdı
-
Cenifer Lopezin Milanda "balkon görüntüsü" müzakirə yaratdı - (Video)
-
Pünhan Piriyevin toyundakı rəqsləri gündəm oldu - (Video)
-
Şəbnəm Tovuzlu Tacirlə görüntüsünü yaydı - (Video)
-
Təyyar Bayramovun ailəsində xoş gün
XƏBƏR LENTİ
-
Aqrar sahədə hansı texnikalara güzəşt ediləcək?
-
Gələn il maaşlar artacaq?
-
İlkin Həsənidən bloqer xanımına bahalı hədiyyə - (Video)
-
Palçıq Vulkanları Turizm Kompleksinə mediatur təşkil olunub - (Foto)
-
Yamal yaşadığı ağır günləri danışdı: "Atam dəmir yığırdı"
-
"Quran"ı təhqir edən komediyaçı azadlığa buraxıldı
-
U-17 qızlarımızın ilk sınağı ağır məğlubiyyətlə başa çatdı
-
Bakı-Naxçıvan-Bakı aviareysi təxirə salındı
-
Azər Aydəmir özünə yeni iş tapdı
-
Azərbaycan İnvestisiya Holdinqinin siyahısında dəyişiklik edilib
-
Pakistanda azərbaycanlı qadına qarşı qrup şəklində cinsi zorakılıq
-
Azərbaycanda hava ilə bağlı daha bir xəbərdarlıq
-
Cenifer Lopezin Milanda "balkon görüntüsü" müzakirə yaratdı - (Video)
-
Ermənistanda benzinin qiyməti rekord həddə çatdı
-
Xamenei Ərəb dənizi ilə bağlı xəbərdarlıq etdi - “Yaxın günlərdə...”
-
Hindistanda daşqınlar 81 nəfərin həyatına son qoydu
-
Pünhan Piriyevin toyundakı rəqsləri gündəm oldu - (Video)
-
Binəqədidə ana və oğul ölü tapıldı - (Yenilənib)
-
Aİ Rüstəm Minnixanova qarşı sanksiya tədbiq etdi
-
Seymur Cəfərov vəfat etdi
-
Ərdoğanın müavini istefa verdi
-
Marketlərdə toyuq filesi niyə yoxdur?
-
23 yaşlı azərbaycanlı gənc Türkiyədə faciəvi şəkildə öldü - (Video)
-
Osimhen 1,2 milyonluq "ferrari"si ilə diqqət çəkdi - (Video)





