Şou-biznes

Azərbaycanlı aktyor boşanıb, ikinci dəfə ailə qurub - Ayrılma SƏBƏBİ

27 Sentyabr 2021 13:22
5 Şərh     Baxış: 25 399
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aktyor Cövdət Şükürov ilk həyat yoldaşından ayrılmasından danışıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, aktyor sosial şəbəkədə ona şəxsi həyatı ilə bağlı yazılan tənqidi şərhlərə münasibət bildirib. O, bildirib ki, artıq ikinci dəfə rəsmi ailə qurub:  

"Birincisi, 2019-cu il oktyabrda rəsmi olaraq boşanmışam, yeni münasibətə də 2020-ci ildə baslamışam. Bildiniz, bilmədiniz, "ailə dağıtdı" kimi sözlər yazırsız. İkincisi, biz Fidan ilə rəsmi olaraq evlənmişik.

Şərhdə nə gəldi yazanlara demək istəyirəm ki, ağıllı olun, siz kimsiz məni bilib-bilmədən müzakirə edirsiniz? Niyə məni məcbur edirsiniz ki, sizi gətizdirib qanun çərçivəsində üzr istətdirim? Sınmaq istəyirsiz?

Sizin nəslinizdə boşanan yoxdur? Evlənmişəm, əl çəkin. Həyatda heç kim heç nədən sığortalanmayıb, boşanmaq ayıb deyil. Boşanıb uşaqlarına baxmamaq şərəfsizlikdir, evli ola-ola o, bu ilə gəzmək ayıbdır... Kaş elə hami mənim kimi ata olsun".

O, ilk evliliyinin uğursuz olmasının əsl səbəbini də açıqlayıb: "Gənc yaşımda ailə qurmuşdum və çox səhvlər edirdim. Ona görə də ailəm dağıldı, bu mənim səhvimdir və bilərəm bu səhvi, bunun heç kimə dəxli yoxdu. İndi imkan verin mən də, mənim keçmiş ailəm də rahat öz həyatını qursun".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.